Page 270 - heynrix
P. 270
HAYNRİX BÖLL
boyl Kokto haqqında ustalıqla düzüb‐qoşduğu “mühazirə”yə
başlayanda kirimişcə mətbəxə keçib, tübiklərdəki mayonezi
boşqablara sıxır, zeytunları yarı bölür, çörəklərin üstünə
qaraciyər paşteti çəkirəm. Ancaq mətbəxə keçib özüm üçün
nəsə hazırlamaq istəyəndə tənhalıq məni elə sıxır ki, əlim heç
nəyə yatmır. Məcburiyyət qarşısında qalıb banka ağzı açanda,
yumurtanı tavaya vurub sındıranda da məni sonsuz bir kədər
bürüyür. Əslində, indiyəcən subaylıq həyatı da keçirməmiş‐
dim. Mariya xəstələnəndə və ya işə gedəndə – o, bir müddət
Kölndə dəftərxana malları mağazasında işlədi – mətbəx işləri
görmək mənim üçün çox da çətin olmurdu, hətta ilk dəfə uşaq
salanda ev sahibəsi kinodan qayıdanacan döşəkağını da
yudum.
Çətinliklə də olsa, əlimi yaralamadan paxla bankasının
ağzını açdım, qaynanmış suyu süzgəcə tökdüm, həmin anda
da Tsüpfnerin özü üçün tikdirdiyi ev barədə düşünməyə
başladım. İki il bundan qabaq orada olmuşdum.
270
XIV
Qaranlıqda Mariyanın həmin evə necə gedəcəyini
təsəvvürümə gətirdim. Yenicə çalınmış çəmənlik ay işığında
mavi rəngə çalır. Bağban budadığı ağacların şax‐şüvəlini
qarajın yanına yığıb. Nar və yemişan kolları arasındakı zibil
vedrəsi ağzına kimi dolub – aparıb atmaq lazımdır. Cümə
günüdür. Mətbəxdən balıq iyi gələcəyini biləcək. Evdə hansı
“məktub”ları tapacağını da biləcək. Birini Tsüpfner televizorun
üstünə qoyub: “Təcili F...nın yanına getməli oldum. Öpürəm.
Heribert". İkincisini isə qulluqçu qız soyuducunun üstünə
qoyub: “Kinoya getdim, saat 10‐da qayıdacam. Qrete (və ya
Luiza, Birqit)”.
Qarajın qapısını açacaq, düyməni basıb işığı yandıracaq.
Ağ rəngli divarda motorollerin, sınıq tikiş maşınının kölgəsi
görünəcək. Qarajın Tsüpfnerə aid olan hissəsində “Mersedes”
dayanıb. Deməli, o, piyada gedib. “Təmiz hava almaq lazımdır.
Bir az təmiz hava almaq lazımdır. Təmiz hava”. Təkərlərdəki