Page 267 - heynrix
P. 267
İ ROMAN

dəhşətli cəhətiniz ondan ibarətdir ki, günahsızsınız. Hətta BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
deyərdim ki, təmiz adamsınız. Bəlkə, sizə köməyim dəydi. Onu
nəzərdə tuturam ki... 267

O susdu.
– Pulu nəzərdə tutursunuz? – soruşdum.
– Elə pulu da... Ancaq mən iş məsələsini nəzərdə tutur‐
dum.
– Ola bilsin ki, bu məsələyə bir azdan qayıdası olduq.
İkisinə də... Pula da, iş məsələsinə də. Mariya indi haradadır?
Necə nəfəs aldığını eşitdim və bu sükutda ilk dəfə bur‐
numa iy gəldi: odekolon, qırmızı şərab, siqar qoxusu... Ancaq
bu iy zəif idi.
– Romaya gediblər.
– Toy səfərinə çıxıblar? – səsim xırıldadı.
– Bəli, elə deyirlər.
– Əlbəttə, fahişəliyi axıra çatdırmaq lazımdır, – deyib
dəstəyi asdım, nə “sağ ol” dedim, nə “xudahafiz”. Xalçanın
üstünə düşmüş siqaret külü onu xal‐xal eləmişdi. Mən hələ də
tüstülənən qara nöqtələrə baxdım. Ancaq elə yorulmuşdum
ki, ayaqlayıb söndürməyə ərindim. Üşüyürdüm, dizim
ağrıyırdı. Vannada çox qalmışdım...
Mariya mənimlə Romaya getmək istəmədi. Ora getməyi
təklif edəndə qızararaq dedi: “İtaliyaya gedərəm, ancaq Ro‐
maya yox”. Səbəbini soruşanda sual verdi: “Doğrudan,
bilmirsən?” “Yox”, – dedim. Dinmədi. Mənsə Papanı görmək
üçün böyük məmnuniyyətlə onunla Romaya gedərdim. Hətta,
bəlkə, saatlarla Peter meydanında dayanıb gözləyər, o,
pəncərəyə çıxanda əl çalar, “Aviva”, – qışqırardım. Mariya bu
sözləri eşidəndə əsəbiləşib dedi ki, mənim kimi bir aqnostikin
Müqəddəs Atanın gəlişinə sevinməsi “pozğunluğun bir
növüdür”. O, doğrudan da, qısqanırdı. Belə qısqanclığı katolik‐
lərdə tez‐tez görürdüm. Onlar öz xəzinələrinin – dini
ayinlərinin, keşişlərinin üstündə lap simic adamlar kimi əsirlər.
Bundan əlavə, tanıdığım adamlardan ən lovğalarıdır. Hər
şeyləri ilə lovğalanırlar: öz dinlərinin qüvvətli cəhəti ilə də, zəif
   262   263   264   265   266   267   268   269   270   271   272