Page 263 - heynrix
P. 263
İ ROMAN
Onunla telefon söhbətini başqa cür təsəvvür etmişdim. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Gecə saat üçün yarısında yuxudan oyatmaq, dişimin dibindən
çıxanı demək, hədə‐qorxu gəlmək... 263
– Sizin üçün nə edə bilərəm? – o, astadan soruşdu.
– Heç nə. Əgər demək istəyirsinizsə, Hannofer meh‐
manxanasındakı gizli iclasların məqsədi yalnız və yalnız
Mariyanın mənə olan sədaqətini daha da möhkəmləndirmək
idi, sözlərinizə inanaram.
– Şübhə yoxdur ki, frölayn Derkumun sizə olan münasibə‐
tində böhran başladığını hiss etməmisiniz, Şnir.
– Siz də həmin dəqiqə onu tora salıbsınız, məndən
ayrılmaq üçün qanunun, kilsənin açdığı yolu göstəribsiniz.
Mənsə həmişə elə bilirdim, katolik kilsəsi ayrılmağın əleyhi‐
nədir.
– İlahi! Şnir, axı siz məndən – katolik keşişindən tələb edə
bilməzsiniz ki, hansı qadınısa nikahsız yaşadığı üçün günahlar
içində batıb qalmağa təhrik edəm.
– Niyə təhrik edə bilmirsiniz? Axı siz onu əxlaqsızlığa,
xəyanətə sürükləyirsiniz. Əgər buna da ruhani kimi cavab verə
bilərsinizsə, buyurun.
– Dinin, kilsənin nüfuzuna qarşı çıxmağınız məni çox
heyrətləndirir. Belə düşmənçiliyi yalnız katoliklərdə görmü‐
şəm.
– Özünüzdən uydurmayın, mən dinə, kilsəyə qarşı
çıxmıram. Mən yalnız Zommervildə qarşı çıxıram, çünki siz düz
iş görmədiniz, çünki sözünüzlə əməliniz düz gəlmir.
– İlahi, bu nə deməkdir?
– Sizin dualarınıza qulaq asanda adam elə bilir ki, ürəyiniz
dağ boydadır, ancaq sonra başlayırsınız mehmanxanaların
künc‐bucağında söz gəzdirməyə, ara qarışdırmağa... Mən qan‐
tər içində gündəlik çörəkpulu qazananda arvadımla gizli
danışıqlara başlayırsınız, məni vecinizə almırsınız. Düz iş
görməmək, sözü ilə əməli düz gəlməmək bax budur. Ancaq
quru estetika ilə məşğul olan adamdan daha nə gözləmək
olar?!
– Söyün, söyün, – dedi. – Nə qədər istəyirsiniz, mənə
qarşı haqsızlıq edin. Sizi yaxşı başa düşürəm.