Page 259 - heynrix
P. 259
İ ROMAN

Özüm də bilirdim ki, yalan danışıram, lakin mənə elə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
gəldi ki, “bəli” demək ən sadə yoldur.
259
– Bizi düzgün başa düşün, – bu dəfə qadın dilləndi, –
şəhərimizin qonaqlarından uşaq xaric elətdirənlərin bəzilərini
seçib yoxlayırıq. – O öskürdü.

– Başa düşürəm, – dedim. Halbuki soraq kitablarında
“uşaq xaric elətdirməyə” rast gəlməmişdim.

Kişi oturmadı. Nəzakətlə təşəkkür edib yenə otağa göz
gəzdirməyə başladı.

– Yaşadığınız yerin ünvanı necədir? – qadın soruşdu.
Bonndakı ünvanımızı verdim. O ayağa durdu. Kişi qapısı açıq
qalmış paltar dolabına nəzər salıb dedi:

– Frölayn Derkumun paltarlarıdır?
– Bəli.
O, “mənalı‐mənalı” həmkarına baxdı. Qadın çiyinlərini
çəkdi. Sonra özü də çiyinlərini çəkdi, yenə xalçaya baxdı, əyilib
oradakı ləkələrdən birini çox diqqətlə nəzərdən keçirdi və
dönüb üzümə elə baxdı ki, sanki kimisə öldürdüyümü
boynuma almağımı gözləyirdi. Tamaşanın sonuna qədər
özlərini nəzakətli apardılar, sonra da çıxıb getdilər. Mən elə
həmin dəqiqə çamadanlarımı tələsik yığışdırdım, haqq‐hesab
kağızını gətirtdim, vağzaldan hambal çağırtdırdım və növbəti
qatarla yola düşdüm. Mehmanxana sahibinə qalmadığımız
günlərin də pulunu verdim. Çamadanları baqajla Frankfurta
yazdırdım, özüm isə cənuba tərəf gedən növbəti qatara
mindim. Yaman qorxurdum və buradan uzaqlaşmağa çalışır‐
dım. Çamadanları qablaşdıranda Mariyanın cib yaylığında qan
ləkəsi görmüşdüm. Perronda dayanıb Frankfurt qatarını
gözləyəndə də qorxurdum ki, kimsə indicə arxadan əlini
çiynimə qoyub nəzakətlə soruşacaq: “Boynunuza alırsınız?”
Həmin anda hər şeyi boynuma alardım. Bonndan keçəndə
gecə yarıdan ötmüşdü. Düşməyi ağlıma da gətirmirdim. Frank‐
furta səhər saat dörddə çatdım. Çox bahalı bir mehmanxanada
yer alıb, Bonna – Mariyaya zəng vurdum. Qorxurdum ki, evdə
olmayacaq, ancaq dəstəyi o dəqiqə götürdü:
   254   255   256   257   258   259   260   261   262   263   264