Page 255 - heynrix
P. 255
İ ROMAN

Dedim ki, oğlan indicə yaxın kəndlərdən birindəki evlə‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
rinə çatıb yalan danışmağa başlayacaq. Çünki heç kəs həqiqətə
inanmayacaq. Deyəcək ki, ayağı sürüşüb yıxıldı, çanta 255
gölməçəyə düşdü və ya onu yerə qoyubmuş. Sən demə, ora
da düz navalçanın altı imiş və qəflətən üstünə su tökülüb.

Bunların hamısını Mariyaya yavaşdan, səsimin ahəngini
dəyişmədən danışdım. O isə hirsləndi:

– Bu nə deməkdir? Belə mənasız şeyləri mənə niyə
danışırsan?

– Çünki sən soruşanda mən o barədə düşünürdüm.
Mariya oğlan əhvalatına inanmadı, mən də əsəbiləşdim.
İndiyəcən nə bir‐birimizə yalan satmışdıq, nə də bir‐birimizi
yalan danışmaqda günahlandırmışdıq. Elə hirslənmişdim ki,
onu zorla yerindən qaldırdım, ayaqqabılarını geydirdim, ikimiz
də vağzala qaçdıq. Tələsdiyimdən çətiri götürməyi də unut‐
muşdum və əməlli‐başlı islandıq. Ancaq oğlanı vağzalda tap‐
madıq. Gözləmə zalına baxdıq, hətta xüsusi xidmət üçün olan
zala da getdik. Axırda arakəsmədə dayanmış nəzarətçidən so‐
nuncu qatarın nə vaxt yola düşdüyünü soruşdum.
Dedi ki, Bomte qatarı iki dəqiqə əvvəl tərpənib. Sonra bu‐
radan sarışın saçlı, sümüyünə qədər islanmış bir oğlan uşa‐
ğının (boy‐buxununu da təsvir etdim) keçib‐keçmədiyini
soruşdum. O şübhələndi:
– Nə olub? Sizdən nəsə çırpışdırıb?
– Xeyr, – dedim, – yalnız onun həmin qatara minib‐
minmədiyini bilmək istəyirəm.
Mariya da, mən də suyun içindəydik və kişi şübhəli
nəzərlərlə bizi təpədən dırnağacan süzdü.
– Reyn vilayətindənsiniz? – soruşdu. Sualı elə tərzdə verdi
ki, sanki nəsə böyük bir günah işlətmişdim.
– Bəli.
– Bu cür məlumatı yalnız rəisin icazəsilə verə bilərəm.
Məlum məsələdir ki, hansı reynlisə ona pislik eləmişdi.
Özü də, çox güman ki, əsgərlikdə. Mən səhnədə texniki
işləri görən fəhlə tanıyırdım, əsgərlikdə bir berlinli onu
   250   251   252   253   254   255   256   257   258   259   260