Page 254 - heynrix
P. 254
HAYNRİX BÖLL

etməmişdim. Dünən bu barədə söhbət salanda yalnız dayə‐
lərə xas bir təmkinlə üzümə baxmışdı.

Onda Mariya uzanıb kitab oxuyurdu. Mənsə papiros
çəkə‐çəkə pəncərənin qabağında dayanıb Hamburq küçəsinə
baxırdım. Hərdən də nəzərlərimi vağzal meydançasına tərəf
döndərirdim. Tramvay dayanan kimi adamlar zaldan çıxıb,
yağışın altında ona tərəf qaçırdılar. Mariya ilə həmin “iş”i də
görmək olmazdı. Xəstə idi. Yox, uşaq salmamışdı, ancaq nəsə
buna bənzər şey idi. Nə olduğunu dəqiq bilmədim, heç kəs də
başa salmadı. Ona elə gəlirdi ki, uşağa qalıb. İndi hər şey keçib‐
getmişdi. Yalnız səhər‐səhər bir‐iki saatlığa xəstəxanada
qalmışdı. Qayıdanda rəngi avazımışdı, yorğun, əsəbi görü‐
nürdü, yəqin, belə vəziyyətdə qatarla uzaq yol gedə bilməzdi.
Ürəyimdən harası ağrıdığını, necə ağrıdığını öyrənmək keçirdi,
ancaq mənə heç nə demədi. Yalnız hərdən, özü də indiyəcən
onda görmədiyim bir tərzdə, hirsli‐hirsli ağladı.

Gördüm ki, bir oğlan uşağı yolun sol tərəfilə vağzala sarı
254 gedir. Təpədən dırnağacan suyun içindəydi, selləmə yağan

yağışa baxmayaraq, çantasının ağzını bağlamamışdı, qapağını
geri qanırıb qucağında tutmuşdu. Üzünün ifadəsindən
şəkillərdə balaca İsaya milad hədiyyəsi – buxur, qızıl, mirra
gətirən müqəddəs cadugərlərə oxşayırdı. Çantanın içində
islanmış, cırılmış kitab üzləri görünürdü. Oğlanın üzündəki
dalğınlıq, təntənə, fədakarlıq ifadəsi mənə Henrietteni
xatırlatdı. Həmin anda Mariya yerindən soruşdu:

– Nə barədə fikirləşirsən?
– Heç nə...
Gördüm ki, oğlan asta‐asta vağzal meydanından keçib
içəri girdi. Ona yazığım gəldi. Bu on beş dəqiqəlik təntənə
üçün düz beş dəqiqə acı‐acı ağlayacaq, özünü təmizə
çıxarmağa çalışacaq. Anası haray‐həşir qoparacaq, atasını dərd
götürəcək ki, təzə dəftər‐kitab almağa pul yoxdur. Mariya bir
də soruşdu:
– Nə barədə fikirləşirsən?
Yenə “heç nə” demək istəyirdim ki, oğlan yadıma düşdü
və nə fikirləşdiyimi ona danışmağa başladım.
   249   250   251   252   253   254   255   256   257   258   259