Page 251 - heynrix
P. 251
İ ROMAN

vannası, sabunqabı, şırnağın dəstəyi, ayaqyolu oturacağı pas BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
rəngində idi.
251
Mariyanın səsindən ötrü darıxdım. O dəqiqə də ürəyim‐
dən keçdi: elə şey ola bilməz ki, Tsüpfnerlə “İncil”i oxuyanda
özünü xəyanətkar, fahişə hesab eləməsin. Elə şey ola bilməz
ki, Düsseldorf mehmanxanasını xatırlamasın; onda “Süleyman
padşahla arvadı Səbanın hekayəti”ni oxumuşdu, mən də çox
yorğun olduğum üçün elə vannadaca yuxuya getmişdim.
Otaqdakı yaşıl rəngli xalılar, Mariyanın qara saçları, səsi...
Sonra siqaret yandırıb gətirdi və mən onu öpdüm...

Köpüklü su ilə ağzına qədər dolmuş vannaya uzanıb
Mariya barədə düşünürdüm. Yox, məni xatırlamadan onunla
heç bir iş görə bilməzdi. Heç onun yanında diş məcununun
ağzını da bağlamazdı! Eh, bir yerdə nə qədər səhər yeməyi
yemişdik! Gah yeməyə heç nəyimiz olmamış, gah da hər şey
olmuşdu. Gah tələsmiş, gah da arxayınca oturmuşduq. Gah
səhər tezdən yemişdik, gah da günortadan sonra. Yemək
zamanı masanın üstündə cem olmuşdu da, olmamışdı da.
Təsəvvürümə gətirəndə ki, Tsüpfner hər gün maşınına minib
işlədiyi katolik idarəsinə getməmişdən əvvəl onlar hər gün
eyni vaxtda səhər yeməyi yeyirlər, az qaldı, əməlli‐başlı dindar
olam. Allaha yalvardım ki, kaş onlar heç vaxt bir yerdə səhər
yeməyi yeməyəydilər! Tsüpfneri gözlərim önündə canlandır‐
mağa çalışdım: şabalıdı saçlar, dümağ dəri, şax qamət... Sanki
alman katolisizminin “Alkiviada”sı idi, ancaq o qədər də yel‐
beyin deyildi. Kinkelin dediyinə görə, “orta mövqe tutsa da,
sola nisbətən sağa daha çox meyil edirdi”. Bu “sağa, sola
meyillənmək” onların müzakirələrinin əsas mövzularından biri
idi. Vicdanla danışsaq, gərək onu da dörd nəfər əsl katoliklərlə
bir sıraya qoyaydım: Papa Yohann, Ellen Ceyms, Qreqori və bir
də Tsüpfner. Şübhəsiz ki, onun təpədən dırnağacan Mariyaya
vurulmasında qızı günahlar içində boğulmaqdan xilas edib,
paklığa qovuşdurmaq istəyi də böyük rol oynamışdı. Çox
güman ki, o vaxt əl‐ələ gəzmələrində elə ciddi bir şey olmayıb.
Sonralar bu barədə Mariya ilə söhbət edəndə yanaqlarına xəfif
   246   247   248   249   250   251   252   253   254   255   256