Page 257 - heynrix
P. 257
İ ROMAN

qurtumdan sonra dodaqlarına yapışıb qalan pivə köpüyünü BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
yalayır və mənə elə baxırdı ki, sanki indicə söhbətə başlaya‐
caqdı. Müəyyən yaşda olan yarısərxoş almanlarla söhbətdən 257
qorxuram. Həmişə müharibələrdən danışırlar, deyirlər ki, əcəb
günlər idi. Yalnız tamam sərxoş olanda bilinirdi ki, qatil imişlər,
müharibə də onlar üçün “çox pis deyilmiş”. Mariya soyuqdan
titrəyirdi. Mən boşalmış qədəhləri xidmətçiyə tərəf itələyəndə
başını buladı. Konyakları bu dəfə ehtiyatla uzatdığı, dağıt‐
madığı üçün yüngülləşdim.

Beləliklə də, özümü qorxaq hesab eləmək əziyyətindən
xilas oldum. Böyrümüzdəki oğlan qarşısındakı araq qədəhini
başına çəkib öz‐özünə danışmağa başladı:

– Qırx dörddə arağı, konyakı vedrə ilə içirdik. Vedrə ilə...
Dibində qalanı da yerə töküb od vururduq ki, heyvərələrə
qalmasın... Bircə damcı da qoymurduq...

Qədəhləri təzədən satıcıya tərəf itələyəndə yalnız birini
doldurdu, ikincisini süzməmişdən əvvəl sualedici nəzərlərlə
üzümə baxdı və mən yenicə hiss elədim ki, Mariya gedib.

Başımı tərpətdim, o, ikinci qədəhi də doldurdu. Hər ikisini
axıracan içdim. Hətta bu gün də sevinirəm ki, nə yaxşı, onda
meyxanadan çıxa bildim. Mariya nömrədəydi, çarpayıya
uzanıb ağlayırdı. Əlimi alnına qoyanda onu geri itələdi. Lap
yavaşca da, yüngülcə də olsa, itələdi. Yanında oturub əlini
əlimə aldım. Ancaq onu geri çəkmədi. Hava qaranlıqlaşdı.
Söhbətə başlayana qədər bir saat yanında oturub əlini əlimdə
saxladım. Sonra danışmağa başladım. Lap astadan danışırdım.
Oğlan əhvalatını təzədən başladım. Həmin anda əlimi sıxdı,
sanki bununla “inanıram” demək istəyirdi. Xahiş elədim ki,
xəstəxanada ona nə elədiklərini ətraflı danışsın. Dedi ki,
qadına aid olan işdir, qorxulu deyil, ancaq iyrəncdir. “Qadına
aid olan iş”dən yaman qorxuram. Başım çıxmadığı üçün mənə
çox müəmmalı görünür. Artıq üç il idi ki, Mariya ilə bir yerdə
yaşayırdıq, ancaq “qadına aid olan iş” barədə ilk dəfə
eşidirdim. Əlbəttə, qadınların uşağa qaldıqlarından xəbərim
vardı, amma belə xırdalıqları bilmirdim. Bütün bunlar barədə
   252   253   254   255   256   257   258   259   260   261   262