Page 262 - heynrix
P. 262
HAYNRİX BÖLL
sözlərdən başqa heç nə bilmirsiniz, hamısı da dövlətin, bəli,
dövlətin verəcəyi bir parça mənasız kağızdan ötrüdür.
– Siz səbəblə nəticəni qarışdırırsınız, Şnir. Sizi yaxşı başa
düşürəm.
– Heç nə başa düşmürsünüz, – dedim. – Nəticəsi ikiqat
xəyanət olacaq. Sizin Heribertə ərə getməklə Mariya birinci
cinayəti eləyəcək, qayıdıb mənim yanıma gələndə də – ikin‐
cisini. Ancaq mən həssas qəlbli yaradıcı adam deyiləm. Ən
başlıcası isə, elə xristian deyiləm ki, siz prelatlardan biri desin:
“Şnir, yaxşısı budur ki, nikahsız yaşayın”.
– Siz öz başınıza gələn hadisə ilə bizim o vaxt haqqında
mübahisə elədiyimiz hadisə arasındakı fərqin dini mahiyyətini
anlamırsınız.
– Hansı fərqin? Bəlkə, Bezevitsin daha həssas olduğunu
və sizin cəmiyyətin səcdəgahına çevrildiyini nəzərdə tutur‐
sunuz?
– Xeyr! – O güldü. – Xeyr! Fərq kilsənin bu məsələyə
262 münasibətindədir. B. ərindən ayrılmış biri ilə yaşayırdı və
kilsədə nikah kəsdirə bilməzdi. Ancaq frölayn Derkum ərindən
ayrılmamışdı, heç nə də nikaha mane olmurdu.
– Mən nikah kəsdirməyə hazır idim. Hətta katolik olmağa
da.
– Bəli, nifrətlə hazır idiniz.
– Məndə elə hislər olmaya‐olmaya yalandan özümü dinə
inanan adam kimi göstərməliyəm? Gəlin indi də işin formal
cəhətini götürək: əgər siz hüquqdan, qayda‐qanundan
danışırsınızsa, nə üçün belə hislərin olmadığını mənə irad tu‐
tursunuz?
– Mən sizə heç nəyi irad tutmuram.
Susdum. O, düz deyirdi. Bu hökmdən qaçmaq olmazdı.
Mariya özü getmişdi, onlar da böyük məmnuniyyətlə qəbul
etmişdilər. Mənimlə qalmaq istəsəydi, heç kəs onu getməyə
məcbur edə bilməzdi.
– Alo, Şnir? – Zommervildin səsi eşidildi. – Mənə qulaq
asırsınız?
– Bəli, – dedim, – qulaq asıram.