Page 266 - heynrix
P. 266
HAYNRİX BÖLL
qorxu düşür, başlayırsınız dua etməyə, günahlarınızı yumağa,
tövbəyə... Beləliklə də, hər şeyi qanun çərçivəsinə salırsınız.
O güldü. Bu gülüşdən alçaqlıq yağırdı.
– Şnir, sizə nə olduğunu anlamağa başlayıram. Məlum
məsələdir ki, siz də eşşək kimi monoqamsınız.
– Deməli, zoologiyadan da başınız çıxmır. Homo sapiens
barədə də heç söhbət ola bilməz. Eşşəklər üzdən çox mömin
görünsələr də, monoqam deyillər. Onlarda cinsi əlaqə üçün
heç bir qayda‐qanun, yasaq yoxdur. Qarğalar, skarbit balıqları,
dolaşalar, hərdən də kərgədanlar monoqam olur.
– Çox güman ki, Mariya belə deyil. – Deyəsən, bu sözlərin
mənə necə ağır təsir elədiyini hiss elədi, ona görə də astadan
sözünə davam etdi. – Mən də təəssüf edirəm, Şnir, heç
istəməzdim ki, belə olsun. Mənə inanırsınız?
Susdum. Hələ də yanan siqaret kötüyünü xalçanın üstünə
tüpürdüm, qığılcımların necə dağıldığına, xalçanı xal‐xal
yandırdığına tamaşa elədim.
266 – Şnir, – deyə yalvarmağa başladı, – heç olmasa, inanın
ki, bütün bunları deməyə çətinlik çəkirəm.
– İnanıb‐inanmamağımın sizin üçün fərqi var ki? Əgər elə
vacibdirsə, yaxşı, hesab edin ki, inanıram.
– İndicə insan təbiətindən çox danışdınız, gərək öz
təbiətinizə sadiq qalaraq Mariyanın arxasınca gedəydiniz,
onun uğrunda mübarizəyə girəydiniz.
– Mübarizəyə bax! Məgər sizin nikah haqqındakı o lənətə
gəlmiş kitabınızda bu söz də var?!
– Frölayn Derkumla nikahınız yox idi.
– Yaxşı, siz deyən olsun. Nikahımız yox idi. Ancaq, demək
olar ki, hər gün ona zəng vurmağa çalışır, hər gün məktub
yazırdım.
– Bilirəm, bilirəm. İndi gecdir.
– Belə çıxır ki, indi onların nikah kəsdirmələrinə açıqca
mane olmaq lazım gələcək.
– Siz buna qadir deyilsiniz. Mən sizi təsəvvür elədiyiniz‐
dən yaxşı tanıyıram. Nə qədər istəyirsiniz, məni söyün, nə
qədər istəyirsiniz, hədələyin, sözümü deyəcəm. Sizin ən