Page 269 - heynrix
P. 269
İ ROMAN
edərkən Bezevits əhvalatını danışsın, əsəbiləşdi. Axı katoliklər BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
kafedraya qalxıb ər‐arvaddan danışanda əsas silahlarından –
VIII Henridən istifadə edirlər. Nikah uğrunda mübarizə aparan 269
krallıq! Hüquq! Qanun! Dini ehkamlar!
Ürəyim bulandı. Həm cismən, həm də mənən. Birincisi,
ona görə ki, Boxumdakı iyrənc səhər yeməyindən sonra dilimə
konyakdan, siqaretdən başqa heç nə dəyməmişdi. İkincisi də,
Tsüpfnerin Romadakı mehmanxanalarından hansındasa Mari‐
yanın öz paltarını necə geyindiyinə tamaşa etdiyini təsəvvü‐
rümdə canlandırırdım. Çox güman ki, Tsüpfner onun dolabdakı
alt paltarlarını da bir‐bir qaldırıb baxacaq. Bu cür sığallı, ziyalı,
ədalətli, savadlı katoliklərə canıyanan arvadlar lazımdır. Bu
baxımdan Mariya Tsüpfnerə əl verməzdi. Tsüpfner kimilərinin
paltarında heç bir eyib tapmaq olmaz, çünki dəbdən geri qal‐
maq istəmirlər. Eyni zamanda dəbə çox uyaraq modabaz kimi
görünməkdən də qorxurlar. Belələri hər səhər soyuq su ilə
yuyunur, dişlərini o qədər sürtür ki, sanki dünya rekordu vur‐
maq istəyir. Belələri üçün Mariya kifayət qədər “ziyalı qadın”
deyil, həm də səhər‐səhər özünə bəzək‐düzək vurmağa çox
vaxt sərf eləyir. Tsüpfner isə elə adamlardandır ki, Papanın
qəbul otağına girməmişdən əvvəl yaylığını çıxarıb ayaqqa‐
bılarını silir. Onların gedib qarşısında diz çökdükləri Papaya da
yazığım gəldi. O, mehribanlıqla gülümsəyəcək, bu iki qəşəng,
yaraşıqlı alman gəncinin katolik olduqlarına ürəkdən sevinəcək
və... yenə də aldanmış olacaq. Axı bilməyəcək ki, bir cüt
xəyanətkara xeyir‐dua verir...
Vanna otağına keçib qurulandım, paltarımı geydim,
mətbəxə girib qəhvədanı qazın üstünə itələdim. Monika
hamısını hazır qoymuşdu. Kibrit pilətənin üstündəydi. Ağzı kip
bağlanmış qutudakı üyüdülmüş qəhvə, süzgəc də onun
böyründə. Soyuducuda qaxac edilmiş donuz budu, yumurta,
tərəvəz konservləri vardı. Mətbəx işləri o vaxt xoşuma gəlir ki,
“yalnız böyüklərə aid olan” bəzi söhbətlərdən qaçmaq
istəyirəm. Məsələn, Zommervild “şəhvət” haqqında danışan‐
da, Blothert “ka...ka...kansler” deyə kəkələyəndə və ya Frede‐