Page 274 - heynrix
P. 274
HAYNRİX BÖLL

Mariya inciyərək otaqdan çıxdı.
Oğlan süd gətirəndə ikimiz də qonaq otağındaydıq.
Mariya gedib qapını açdı, südün pulunu verdi. Bircə dəfə
də qonağımız olmuşdu. Katolikliyi qəbul etməmişdən əvvəl
Leo gəlmişdi. Ancaq o, zəngi çalmamışdı, Mariya ilə birlikdə
yuxarı qalxmışdı.
Qəribə zəng idi: onda həm utancaqlıq vardı, həm inad‐
karlıq. Məni dəhşətli bir qorxu bürüdü: yoxsa Monikadır?
Bəlkə, Zommervild hansısa bəhanə ilə onu yanıma göndərib?
Ağlıma min cür fikir gəldi. Yaş başmaqlarla dəhlizə yüyürdüm,
ancaq lazım olan düyməni tapa bilmədim. Düyməni axtaranda
yadıma düşdü ki, Monikada açar var. Nəhayət, düyməni tapıb
basdım, aşağıdan xışıltı eşidildi. Elə bil arı vızıldadı. Çölə çıxıb
liftin qarşısında dayandım. Əvvəlcə qırmızı işıq yandı, sonra
lövhədəki rəqəmlər işıqlandı; 1, 2...
Əsəbi halda növbə ilə işıqlanan rəqəmlərə baxdım və
qəflətən hiss etdim ki, kimsə arxamda dayanıb. Diksinərək geri
274 döndüm. Qəşəng, sarışın saçlı, nə çox arıq, nə də çox kök olan
bir qadın idi. Ala gözlərindən mehribanlıq yağırdı. Yalnız
şlyapası həddən artıq qırmızı idi. Gülümsədim. O da cavabında
gülümsəyib dedi:
– Çox güman ki, cənab Şnirsiniz... Mənim adım Qreb‐
zeldir... Qonşunuzam... Sizi belə yaxından görməyimə çox
şadam...
– Mən də şadam, – dedim.
Doğrudan da, şad oldum. Şlyapasının həddən artıq
qırmızı olmasına baxmayaraq, Qrebzel qəşəng görünürdü.
Qoltuğunda “Bonnun səsi” qəzeti vardı. Ona baxdığımı
görəndə qızardı:
– Belə şeylərə fikir verməyin.
– O küçüyün dərsini verəcəm, – dedim. – Bilirsiniz, necə
alçaq, ikiüzlü tülküdür?! Hələ məni də aldatdı, bir şüşə arağımı
vermədi.
O güldü.
– Qonşuluğumuzdan istifadə edərək sizinlə tanış olmağı
mən də, ərim də arzulayırıq. Burada çox qalacaqsınız?
   269   270   271   272   273   274   275   276   277   278   279