Page 279 - heynrix
P. 279
İ ROMAN

görərdim. Əksim nə qədər balaca, kobud olsa da, özümü BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
tanıyardım. Bəli, bir az əvvəl güzgüdə görəndə qorxduğum
sifət olardı. Belə olan halda Tsüpfnerə necə başa sala bilərdim 279
ki, Mariya olmasa, güzgünün qabağında məşq eləyə bilmə‐
rəm?! İndi yeyə‐yeyə güzgüdə özümə baxanda diksinmədim,
yalnız kədərləndim. Qaşığı əlimdən salmadım, boşqabdakı
lobyanı, yumurtanın ağını, sarısını, getdikcə balacalaşan çörək
dilimini bir‐birindən seçə bildim. Güzgü hər şeyi olduğu kimi
göstərdi: boşqab boşaldı, çörək balacalaşdı... Dodaqlarım
azacıq bulaşmışdı, onu pencəyimin qolu ilə sildim. Yox, məşq
etmirdim. Axı indi evdə elə bir adam yox idi ki, məni güzgüdəki
“mən”dən ayıra bilsin... Asta addımlarla qonaq otağına
qayıtdım.

– Nə tez yeyib qurtardın?! – atam soruşdu. – Çox tələsik
yeyirsən. Yaxşı, gəl otur. Heç nə içməyəcəksən?

– Yox. Qəhvə dəmləmək istəyirdim, o da alınmadı.
– Bəlkə, durum dəmləyim?
– Bacarırsan ki?
– Deyilənə görə, mən qəhvəni çox yaxşı hazırlayıram.
– Lazım deyil. Mədən suyu içərəm. Elə vacib deyil.
– Ancaq istəsən, dəmləyə bilərdim.
– Yox, təşəkkür edirəm. Mətbəxi görsən, qorxarsan.
Döşəmədə qəhvə göllənib, yanında da ağzıaçıq konserv
qutuları, yumurta qabıqları...
– Yaxşı, özün bilərsən.
Deyəsən, bərk incidi. Mənə mədən suyu süzdü, papiros
qutusunu uzatdı, oradan götürdüyüm siqareti yandırdı, ikimiz
də çəkməyə başladıq. Atama yazığım gəldi. Çox güman ki,
bayaq əlimdə bir boşqab lobya ilə içəri girməyim onu əməlli‐
başlı karıxdırmışdı. Yəqin, elə bilmişdi ki, mənim evimdə
sərsəri həyat keçirən aktyor zövqünə – qarmaqarışıqlığa, di‐
varlarda, tavanda son dəbli naxışlara rast gələcək. Ancaq
mənzil təsadüfi, bir‐birinə uyğun gəlməyən əşyalarla, həm də,
demək olar ki, meşşansayağı bəzədilmişdi və hiss etdim ki,
bunları görəndə qanı qaraldı. Servantı reklam jurnalının “məs‐
   274   275   276   277   278   279   280   281   282   283   284