Page 280 - heynrix
P. 280
HAYNRİX BÖLL
ləhəti” ilə almışdıq. Divardakı şəkillərin hamısı surət idi. On‐
lardan yalnız ikisi mücərrəd mövzuya həsr olunmuşdu. Ko‐
modun üstündən asılmış iki ən gözəl şəkli isə Monika Zilves
akvarellə çəkmişdi: “Reyn mənzərəsi III”, “Reyn mənzərəsi IV”.
Tünd‐qəhvəyi rəngin fonunda güclə sezilən ağ ləkələr... Evdə
olan bir neçə gözəgəlimli əşyanı – stulları, vazaları və küncdəki
təkərli məcməyini Mariya almışdı. Atam müəyyən ab‐havaya
öyrəşmiş adamlardan idi, ona görə də buradakı ab‐hava onu
əsəbiləşdirir, danışmağa qoymurdu.
Dinməzcə hərəyə bir siqaret çəkdik, ikincisini yandıranda
mən sükutu pozdum:
– Burada olduğumu anam dedi?
– Elədir. Onu niyə belə incidirsən?
– Əgər komitənin adından danışmasaydı, söhbət başqa
cür alınardı.
– O komitədən niyə xoşun gəlmir? – sakitcə soruşdu.
– Əksinə, – dedim, – irqi ziddiyyətləri barışdırmaq
280 yaxşıdır, ancaq mən komitədən fərqli olaraq, irq məsələsinə
başqa cür baxıram. Məsələn, son vaxtlar hamı zəncilərdən
danışır. Hətta istəyirəm, yaxşı tanıdığım zəncilərdən birini
anamın himayəsinə verim. Onu da nəzərə almaq lazımdır ki,
zəncilərin də yüzlərlə növü var. Komitə heç vaxt işsiz qalmaya‐
caq. Ya da elə qaraçılar... Anam gərək onlardan bir‐ikisini çaya
dəvət eləsin. Elə küçədəcə tutsun. Bu sahədə görüləsi işlər
çoxdur.
– Səninlə bu barədə danışmağa gəlməmişəm.
Susdum. Üzümə baxıb yavaşdan dedi:
– Pul barədə danışmaq istəyirəm. Zənnimcə, çətin
vəziyyətə düşmüsən. Cavab verəcəksən, ya yox?!
– Çətinlik olsa, dərd yarıydı. Çox güman ki, bir il səhnəyə
çıxa bilməyəcəm. Bax... – Şalvarın balağını yuxarı çəkib, şişmiş
dizimi göstərdim, sonra onu aşağı salıb, sağ əlimin şəhadət
barmağı ilə sinəmin sol tərəfinə işarə etdim. – Bir də bura...
– İlahi, ürəyin?!
– Bəli, ürəyim.