Page 281 - heynrix
P. 281
İ ROMAN

– Dromertə zəng vurub xahiş edərəm ki, sənə baxsın. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Ürək sahəsində ən yaxşı mütəxəssisimizdir.
281
– Məni düz başa düşmədin, – dedim, – Dromertin
məsləhətinə ehtiyacım yoxdur.

– Axı dedin ki, ürəyin ağrıyır.
– Bəlkə də, ruhum, qəlbim, içim deməliydim. Ancaq
mənə elə gəldi ki, ürək də demək olar.
– Ax, belə de! – onun səsi quru çıxdı. – Başına gələn
əhvalat...
Çox güman ki, “Kişilər ittifaqı”nda kart oynayan zaman
Zommervild pivə içə‐içə “həmin əhvalatı” atama danışmışdı.
Durub otaqda var‐gəl etməyə başladı, sonra kreslonun arxa
tərəfinə söykənib məni yuxarıdan aşağı süzdü.
– Bəlkə də, çox gurultulu səsləndiyi üçün yerinə
düşməyəcək, ancaq deyəcəm. Bilirsən, səndə nə çatmır? Kişini
kişi eləyən bir keyfiyyət! Kişi düşdüyü vəziyyətlə barışmağı
bacarmalıdır.
– Bunu bu gün artıq bir dəfə eşitmişəm, – dedim.
– Lap üç dəfə eşit! Vəziyyətinlə barış.
– Başqa söz danış! – yorğun halda dilləndim.
– Elə bilirsən, Leo gəlib deyəndə ki, katolikliyi qəbul edir,
mənə asan oldu? Bu xəbər də Henriettenin ölüm xəbəri kimi
ağır oldu. Bəlkə də, kommunist olacağını desəydi, mənə bu
qədər təsir eləməzdi. Əlbəttə, gənc bir oğlanın sosial ədalət
və buna bənzər şeylər barədə saxta xülyalara uyduğunu başa
düşmək olar, ancaq bu... – O, hər iki əli ilə kreslonun
söykənəcəyindən tutub başını qətiyyətlə buladı. – Yox, bu ola
bilməz! Heç vaxt!
Deyəsən, ciddi sözü idi. Rəngi qaçmışdı və olduğundan
xeyli qoca görünürdü.
– Otur, ata, – dedim, – konyak iç.
Oturub başını tərpətdi, servantdan qədəh götürüb ona
konyak süzdüm. Qədəhi başına çəkdi, nə təşəkkür elədi, nə
“sag ol” dedi.
– Sən bunu başa düşməzsən! – nəhayət, dilləndi.
   276   277   278   279   280   281   282   283   284   285   286