Page 283 - heynrix
P. 283
İ ROMAN

– İlahi, doğrudanmı, sənin televizora baxmağa bu qədər BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
vaxtın olur?
283
– Olur, – dedim. – Sənin təbirincə desək, “həmin
əhvalat”dan sonra televizora daha çox baxıram. Adam əməlli‐
başlı yüngülləşir. Axı kimsə atası ilə üç ildə bir dəfə görüşərsə,
onu televizorda da görəndə sevinər. Özü də alaqaranlıq mey‐
xanada pivə içə‐içə... Bəzən, doğrudan da, səninlə fəxr edirəm,
çünki nə qədərin faizindən söhbət getdiyini soruşmaq
istəyənləri böyük ustalıqla azdırırsan.

– Səhv eləyirsən, – soyuq tərzdə dilləndi, – mən heç kəsi
azdırmıram.

– Bəs düşmənsiz olmağın səni darıxdırmır?
Ayağa durub qəzəblə üzümə baxdı. Mən də qalxdım.
Hərə öz kreslosunun arxasında dayanıb əlini söykənəcəyə
qoymuşdu. Gülə‐gülə dedim:
– Əlbəttə, mən təlxək kimi pantomim sənətinin ən
müasir formaları ilə çox maraqlanıram. Bir dəfə meyxanadakı
arxa otaqda oturub televizora baxanda durub səsini kəsdim.
Əsl tamaşa idi! L’artpour l’art maaş siyasətinə, iqtisadiyyata
necə də qarışmışdı! Heyif ki, mənim “Nəzarət şurasının iclası”
adlı tamaşama baxmayıbsan.
– Sənə sözüm var, – o, söhbəti dəyişdi. – Qenneholmla
barəndə danışmışam. Xahiş etmişdim ki, bir neçə nömrənə
baxsın, sonra da, necə deyərlər, öz fikrini mənə söyləsin.
Qəflətən məni əsnəmək tutdu. Əlbəttə, bu, nəzakətsizlik
idi və çox pis çıxdığını hiss etsəm də, özümü saxlaya bilmədim.
Gecəni pis yatmış, gündüzü də ağrı‐acı ilə başa vurmuşdum.
Əgər kimsə atası ilə üç ildən sonra təzədən görüşür və
ömründə ilk dəfə onunla ciddi söhbət edirsə, əsnəməsi heç
də yaxşı hal deyil. Ancaq mən həm həyəcanlı, həm də yorğun
idim və təəssüf ki, həmin anda əsnəməyimi saxlaya bilmədim.
Qenneholmun adını eşidəndə sanki yuxu dərmanı atdım.
Atam kimi adamlar hər şeyin ən yaxşısını axtarır. Məsələn,
dünyanın ən yaxşı ürək həkimi Dromerti, Federativ Respub‐
likanın ən yaxşı teatr tənqidçisi Qenneholmu, ən yaxşı dərzini,
   278   279   280   281   282   283   284   285   286   287   288