Page 284 - heynrix
P. 284
HAYNRİX BÖLL
ən yaxşı şampan şərabını, ən yaxşı mehmanxananı, ən yaxşı
yazıçını... Adam lap bezir... Elə bərkdən əsnədim ki, üyüşmüş
çənəmin sümükləri şaqqıldadı. Qenneholmun homoseksualist
olması faktı da vəziyyəti dəyişmədi, onun da adını eşidəndə
qəlbimə sıxıntı çökdü. Bəzən homoseksualistlər çox məzəli
olurlar. Ancaq məsələ burasındadır ki, məni ən çox darıxdıran
da məzəli adamlardır. Xüsusən də ekssentriklər. Qenneholm
yalnız homoseksualist deyil, həm də ekssentrik idi. Anamın
düzəltdiyi qəbulların çoxunda iştirak edir, həmsöhbətinə o
qədər yaxın dururdu ki, axırıncı dəfə yediyi xörəyin qoxusu
nəfəsinə qarışıb adamın üzünə vururdu. Onu axırıncı dəfə
dörd il əvvəl görmüşdüm, ağzından kartof salatının iyi gəlirdi.
Elə məhz bu iyə görə də tünd‐qırmızı əli, Mefistonun bığlarına
oxşayan sarımtıl bığları mənim üçün öz qeyri‐adiliyini itirdi.
Çox hazırcavab adam idi, hamı da bunu bilirdi, odur ki bütün
vaxtı hazırcavablıq eləməli oldu. Yaman yorucu məşğuliyyət
idi...
284 Əsnəyin müvəqqəti də olsa, keçib‐getdiyinə əmin olan
kimi dilləndim:
– Bağışla... Bəs Qenneholm nə deyir?
Atam incimişdi. Kimsə özünü sərbəst aparanda xətrinə
dəyirdi. İndi də əsnəyənin kimliyindən asılı olmayaraq, inciməli
idi. Bayaq “lobya şorbası”nı görəndə olduğu kimi yenə başını
buladı.
– Qenneholm sənin inkişafını maraqla izləyir. Sənə
münasibəti çox yaxşıdır.
– Homoseksualistlər heç vaxt ümidini üzmür, – dedim. –
Onlar çox inadkar olur.
– Bu söhbətləri qurtar! – atam sərtləşdi. – Sevin ki, belə
bir nüfuzlu, peşəkar himayədarın var.
– Yox, yox, buna görə çox xoşbəxtəm.
– Ancaq indiyə qədərki yaradıcılığın haqqında iradları var.
Deyir ki, Pyeroya oxşayan xüsusiyyətlərdən qaçmalısan.
Düzdür, Arlekin olmaq üçün istedadın var, ancaq heyifsən, o
səviyyəyə enmə. Təlxəkliyə isə heç yaramırsan. Onun fikrincə,