Page 285 - heynrix
P. 285
İ ROMAN

həmişə pantomim tamaşalarla məşğul olsan, imkanların artar. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Mənə qulaq asırsan, ya yox? – onun səsi getdikcə sərtləşirdi.
285
– Əlbəttə, qulaq asıram! – dedim. – Bu ağıllı, yerinə
düşən sözlərin hamısını eşidirəm. Gözlərimin yumulmağına
fikir vermə.

Atam Qenneholmun fikirlərini bəyan eləyəndə gözlərimi
yummuşdum. Belə yaxşı idi, çünki onun arxa tərəfindəki divara
söykənmiş tünd‐qəhvəyi rəngli komodu görmürdüm. Məktəb‐
dəki mebellərə oxşadığı üçün ondan zəhləm gedirdi. Mariya
onu atası evindən gətirmişdi.

– Buyur, buyur, – astadan dilləndim, – davam elə.
Çox yorğun idim, mədəm, başım ağrıyırdı, ayaqüstə yan‐
pörtü dayandığım üçün dizim gərginlikdən daha çox şişirdi.
Qapanmış kirpiklərimin arasından öz sifətimi aydınca görür‐
düm. O sifətimi ki, saysız‐hesabsız məşqlər zamanı güzgüdə
azı min dəfə görmüşdüm. Dümağ qrimlənmişdi, bircə əzası da
tərpənmirdi. Hətta kirpiklərim, qaşlarım da qımıldanmırdı.
Yalnız gözlərimin gilələri qorxmuş dovşan balası təki ora‐bura
vurnuxurdu, Qenneholm kimi tənqidçilərin dediyi kimi,
“özlərinin qeyri‐adi bir sifəti təsvir edən qeyri‐adi istedad‐
larını” göstərmək istəyirdilər. İndi mən ölmüşdüm, öz sifətimlə
tək qalmışdım. Mariyanın gözlərinə baxıb xilas olmaq imkanını
itirdiyim üçün bu “dustaqlıq” hələ çox çəkəcəkdi.
– Niyə danışmırsan?! – dedim.
– Qenneholm məsləhət gördü ki, səni ən yaxşı müəllim‐
lərdən birinin yanına göndərim. İki, ya üç illiyə. Bəlkə də, yarım‐
illiyə. Onun fikrincə, sən bütün diqqətini yalnız bir sahəyə
yönəltməli, elə bir düşüncə tərzinə sahib olmalısan ki, öz
saflığına təzədən qayıda biləsən. Və bir də məşq eləmək, məşq
eləmək, yenə də məşq eləmək... Mənə qulaq asırsan?
Allaha şükür ki, səsi mehribanlaşmışdı.
– Qulaq asıram, – dedim.
– Maddi cəhətini boynuma götürməyə hazıram.
Mənə elə gəldi ki, dizim lap çox şişib, qaz balonuna
dönüb. Gözlərimi açmadan əlimi gəzdirə‐gəzdirə kreslonun
   280   281   282   283   284   285   286   287   288   289   290