Page 288 - heynrix
P. 288
HAYNRİX BÖLL
bilməməsi, yumoru başa düşməməsidir. Əfsuslar olsun ki,
belədir. Qenneholm, həqiqətən, yaxşı mütəxəssisdir, ancaq
deyəndə ki, mən altı il səhnədə çıxış eləyəndən sonra təzədən
oxumağa getməliyəm... Yox, mənasız söhbətdir!
– Deməli, sənə pul lazım deyil? – atamın səsindəki gizli
sevinc məni məyus etdi.
– Əksinə, – dedim, – lazımdır.
– Bəs neyləmək fikrindəsən? Belə bir vəziyyətdə yenə
səhnəyə çıxmaq istəyirsən?
– Hansı vəziyyətdə?
– O vəziyyətdə ki... – O pərt oldu. – Axı haqqında
yazılanları bilməmiş deyilsən.
– Haqqımda yazılanları... Üç aydır ki, ucqar yerlərdə çıxış
edirəm, xəbərim yoxdur.
– Hamısını tapdırmışam, sonra da Qenneholmla birlikdə
müzakirə etmişəm.
– Lənət şeytana! Bunun üçün ona nə qədər pul
288 vermisən?
O qızardı:
– Bunda işin olmasın! Hə, fikrin nədir?
– Məşq etmək. Sonra da işləmək. Yarım il, bir il... Dəqiq
deyə bilmirəm.
– Harada?
– Burada. Özgə hara gedə bilərəm ki?
Həyəcanını gizlətməyə çalışsa da, bacarmadı.
– Qorxmayın, nə sizə ağır yük olacam, nə də nüfuzunuza
xələl gətirəcəm. Hətta düzəltdiyiniz ziyafətlərə də gələn
deyiləm.
Atam yenə qızardı. Bir‐iki dəfə onların ziyafətinə get‐
mişdim. Özü də ailə üzvü kimi deyil, yad bir adam kimi.
Doyunca zeytun yemişdim, kokteyl, çay içmişdim, çıxıb gedən‐
də də ciblərimi siqaretlə doldurmuşdum. Bunu hamının gözü
qabağında eləmişdim, qulluqçular da utandıqlarından üzlərini
yana çevirmişdilər.
Atam yalnız “ax!” deyə bildi və kreslosunu geri çevirdi.
Əlacı olsaydı, ayağa durub pəncərənin qabağına gedərdi.