Page 291 - heynrix
P. 291
İ ROMAN
zibil torbalarını açıb içinə baxır, onları kimin tulladığını bilmək BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
istəyirdi. Tapdığı soğan qabığını, qəhvə xıltını, sür‐sümüyü
qəssablardan, tərəvəz mağazalarının satıcılarından aldığı 291
“məlumat”larla tutuşdurur, ancaq “günahkar”ı tapa bilmirdi.
Belə tör‐töküntü ilə heç kəsin şəxsiyyətini müəyyənləşdirmək
olmazdı. Buna görə də yaş paltarlarla dolu səmaya yağdırdığı
hədə‐qorxuların məzmunu hamıya aid olur və hamı elə bilirdi
ki, məhz onu nəzərdə tutur:
– Məni aldada bilməyəcəksən. Bir gün tutacam...
Biz hər səhər pəncərənin yanında uzanıb poçtalyonun
addım səslərini gözləyirdik. O, bizə hərdən Mariyanın
rəfiqələrindən, Leodan, Annadan kiçik bağlamalar gətirirdi.
Bəzən də babam pul çeki göndərirdi. Valideynlərimdənsə
çoxlu nəsihətlər gəlirdi: “Gələcək taleyini özün müəyyənləşdir,
bütün çətinlikləri öz gücünlə dəf et!”
Bir az keçəndən sonra anam hətta məktub yazdı ki,
“məndən üz döndərib”. O, bəzən həddən artıq zövqsüz olur.
İndi də Şnitslerin “İki yerə bölünmüş ürək” adlı romanından
misal gətirirdi. Romanda söhbət gənc bir qızdan gedir. O, səhv
eləmirəmsə, bir aktyordan, “nəcib, eyni zamanda zəif təbiətli
sənətkar”dan qazandığı uşağı dünyaya gətirmək istəmir, buna
görə valideynləri qızdan “üz döndərirlər”. Anam romanın
səkkizinci fəslindən bir cümləni sözbəsöz məktuba köçürmüş‐
dü: “Vicdanım məni səndən üz döndərməyə məcbur edir”.
Ona elə gəlmişdi ki, çox ibrətamiz cümlədir. Hər halda,
məndən “üz döndərmişdi”. Dəqiq bilirəm ki, bu yolu həm vic‐
dan əzabından, həm də “əlavə xərclər”dən azad olmaq üçün
seçmişdi. Evdə hamı elə fikirləşirdi ki, mən qəhrəmanlıq
edəcək, öz sevgilimi dolandırmaq üçün fabrikdə, ya tikintidə
işləyəcəyəm. Ancaq mən bu yolu tutmayanda hamısı məyus
oldu. Hətta Leo ilə Anna necə məyus olduqlarını açıqca etiraf
etdilər. Elə bilirdilər ki, səhərin gözü açılan kimi bir parça
çörək, bir dənə qulplu fincan götürüb evdən çıxacağam,
bayırda dayanıb əlimlə Mariyanın pəncərəsinə tərəf bir öpüş
göndərəcəyəm, axşam da yorğun‐arğın, ancaq özümdən razı