Page 295 - heynrix
P. 295
İ ROMAN

tez yoxlayırlar və o, sadəcə olaraq, yazsa ki, “Kapellan Belenə BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
hesaba keçirdiyi çekin əvəzində borc verilib”, hay‐küy qalxar,
çünki kilsə “şübhəli çeklər”i dəyişən “qara bazar” deyil. 295
Uzaqbaşı, həmin çeki hər hansı məqsəd üçün verilmiş sədəqə
kimi qanuniləşdirə bilər. Deyək ki, bir Şnirin o biri Şnirə köməyi
kimi qeyd edər, mənə də bunun əvəzində ianə fondundan
sədəqə kimi nağd pul verər. Ancaq, əslində, buna da icazə yox‐
dur. Beləliklə, mənim on beş markı almağım düz on gün çəkdi.
Əlbəttə, onda Haynrixin özünün işi başından aşırdı, bütün
vaxtını mənim “çek əməliyyatı”ma sərf edə bilməzdi. Həmin
hadisədən sonra hər dəfə babamdan çek gələndə məni dəhşət
bürüyürdü. Lənətə gəlmişə pul demək də olardı, deməmək
də. Və heç vaxt da bizim arzuladığımız kimi olmadı. Axırda
Haynrix banka gedib özünə hesab açdırdı ki, bizə gələn çekləri
dəyişdirə bilsin. Ancaq o da tez‐tez üç‐dörd günlük məzuniy‐
yətə çıxırdı. İyirmi iki marklıq çek gələndə üçhəftəlik məzu‐
niyyət götürmüşdü. Məcburiyyət qarşısında qalıb Kölndə
yaşayan yeganə uşaqlıq dostum Edqar Vinekeni axtarmağa
başladım. ASDP‐də işləyirdi, səhv eləmirəmsə, mədəniyyət
işləri üzrə referent idi. Ünvanını telefon kitabçasında tapdım,
ancaq zəng eləməyə pulum olmadı və Köln‐Erenfelddən Köln‐
Kalka qədər piyada getdim. Evdə yox idi. Axşam saat səkkizə
qədər qapısının ağzında dayanıb gözlədim, çünki sahibəsi
məni içəri buraxmadı. Edqar Engels küçəsində uca, qaranlıq
bir kilsənin yaxınlığında yaşayırdı (bu günə qədər də bilmirəm
ki, ASDP‐nin üzvü olduğu üçün Engels küçəsində yaşamağı
özünə borc sayırdı, ya yox). Axırda yorulub əldən düşdüm.
Acmışdım. Siqaretim də yox idi və bilirdim ki, Mariya evdə
narahat olmağa başlayıb. Köln‐Kalk, Engels küçəsi, yaxınlıqda
da kimya fabriki... Melanxolik adama əl verməyən bir
mənzərə... Axırda qənnadı dükanına girib piştaxtanın arxasın‐
da dayanmış qadından kökə istədim. Qadın cavan olsa da,
çirkin görünürdü. Mağaza bircə anlığa boşalana qədər
gözlədim, o dəqiqə özümü içəri saldım, salam vermədən
dedim:
   290   291   292   293   294   295   296   297   298   299   300