Page 300 - heynrix
P. 300
HAYNRİX BÖLL
aşağı düşüb doyunca yeyirdik. Ancaq bir şərtlə ki, heç kəsə
heç nə deməyək. Cümə günləri, adətən, Vinekengilə gedirdik.
Onlarda həmişə kartof salatı olurdu. Vineken boşqablarımızı
ağzınacan doldururdu. Bundan əlavə, bizim çörəkqabında
çörək həmişə az olurdu, o dəqiqə də yoxa çıxırdı. “Sağlamlıq
nöqteyi‐nəzərindən” süfrəyə iki‐üç dilim qurudulmuş çörək
qoyulurdu. Biz Vinekengilə gedəndə Edqar həmişə çörək al‐
maqdan qayıdırdı. Anası təptəzə çörəyi sol əli ilə sinəsinə
sıxaraq, sağ əli ilə ondan iri‐iri dilimlər qoparıb bizə verirdi. Biz
onu göydəcə qapır, üzərinə alma cemi çəkib yeyirdik.
Atam yorğun halda başını tərpətdi. Siqaret qutusunu irəli
uzatdım. Birini götürdü. Siqareti yandırdım. Kişiyə yazığım
gəldi. Yəqin ki, iyirmi səkkiz yaşına çatmış oğlu ilə ilk dəfə
ürəkdən söhbət etmək ata üçün çox çətindir.
– Özgə hansını deyim? – sözümə davam etdim. –
Məsələn, nabat, şar... Anam şara pul verməyi “xalis israfçılıq”
sayırdı. Əslində, düz deyirdi, xalis israfçılıq idi, ancaq bizim bu
300 israfçılıq həvəsi sizin o lənətə gəlmiş milyonlarınızı “havaya
sovurub qurtara” bilməzdi. Bir də ucuz konfetlər! Ucuz konfetə
yasaq qoyan anamın bu barədə çox müdrik nəzəriyyələri
vardı: guya hamısı “xalis zəhər”dir. Ancaq zəhəri olmayanını
da vermirdi. Daha doğrusu, konfet üzü görmürdük. İnternatda
hamı təəccüblənirdi ki, mən xörəkləri sonulamayan, nə
versələr, yeyən, yediyindən ləzzət alan yeganə şagirdəm.
– Hə, görürsənmi, – atam yorğun halda dilləndi, – heç ol‐
masa, onun da bəzi üstünlükləri varmış.
Ancaq bu sözlərdə inam, sevinc hissi yox idi.
– Ah, – dedim, – belə tərbiyə üsulunun nəzəri, pedaqoji
əhəmiyyətini çox yaxşı başa düşürəm, ancaq, əslində, bunların
hamısı nəzəriyyə, pedaqogika, psixologiya, kimya... və bir də
dəhşətli dilxorçuluq idi... Vinekengildə nə vaxt pul olduğunu
bilirdim: cümə günləri. Şnivind, Holleratgil də hər ayın birində
və on beşində pul alırdılar. Həmin gün uşaqların payı
həmişəkindən seçilirdi. Məsələn, kolbasanın dilimi qalın
olurdu, qoğal yeyirdilər. Vineken hər cümə günü səhər tezdən