Page 299 - heynrix
P. 299
İKİ ROMANBİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
– Yox, doğrudan da, sənə kömək etmək istəyirəm... –
atam ümidsiz halda dilləndi. – Üç yüz də verərəm.
– Pul barədə söhbəti qurtaraq. Sadəcə olaraq, uşaq vaxtı
elədiyimiz qəribə bir kəşfi sənə danışmaq istəyirdim.
– Nəyi? – üzümə elə baxdı ki, sanki özünün ölüm hök‐
münü gözləyirdi. Elə bilirdi ki, Qodesberqdə villa tikdirdiyi
məşuqəsindən başlayacağam.
– Sakit ol, sakit ol, – dedim, – eşidəndə heyrətlənəcək‐
sən: uşaqlıq dövrünün ən qəribə kəşfi ondan ibarət idi ki, evdə
bizə qarındolusu yemək vermirdilər.
Atam son sözləri eşidəndə diksindi, bir neçə dəfə
udqundu, sonra xırıltılı səslə güldü:
– Demək istəyirsən ki, doyunca yemirdiniz?
– Elədir ki var! – sakitcə cavab verdim. – Heç vaxt doyun‐
ca yemədik. Ən azı, evimizdə belə olurdu. Bu günə qədər də
bilmirəm ki, xəsislikdən eləyirdiniz, yoxsa həyat prinsipiniz bu
cür idi. Kaş xəsislikdən eləmiş olaydınız. Bilirsən, günortadan
axşama qədər velosiped sürən, futbol oynayan, Reyn çayında 299
çimən uşaq nə hiss eləyir?
– Mənə elə gəlir ki, iştaha... – o, soyuq tərzdə cavab verdi.
– Yox! Aclıq! Lənət şeytana! Uşaq vaxtı bircə onu bilirdik
ki, varlıyıq. Çox varlı... Ancaq o qədər pulun bizə xeyri yox idi...
Doyunca yeyə bilmirdik.
– Nəsə çatmırdı ki?
– Elədir ki var. Axı indicə nəyin çatmadığını dedim. Bəli,
yemək çatmırdı. Bir də cibxərcliyi. Bilirsən, uşaq olanda həmişə
nəyin həsrətini çəkmişəm?
– İlahi, – atam qorxa‐qorxa soruşdu, – nəyin?
– Kartofun. O vaxt anamın “arıqlamaq” nəzəriyyəsi vardı.
Özün bilirsən ki, o, həmişə vaxtı qabaqlayırdı, bizə də hər cür
səfeh, boşboğaz adamlar gəlib‐gedirdi. Yemək barədə hərə‐
sinin öz nəzəriyyəsi vardı. Təəssüf ki, bu nəzəriyyələrin heç
birində kartofa üstünlük verilmirdi. Siz evdə olmayanda qızlar
hərdən bişirirdi. Kartofu soyutma bişirib üstünə yağ, duz,
soğan vururdular. Bəzən bizi də oyadırdılar. Gecə köynəyində