Page 304 - heynrix
P. 304
HAYNRİX BÖLL
zəhləm gedirdi. Qərara aldım ki, Haynrix Belenə də, Karl
Emondsa da zəng vurum. İki il bundan əvvəl Karl Emondsla
bərk dalaşmış və həmin gündən sonra nə danışmış, nə də
məktublaşmışdıq. Səfeh bir şeyin üstündə mənə qarşı əclaflıq
elədi. Onun kiçik oğluna – biryaşlı Qreqora südə çiy yumurta
qatıb vermişdim. Onda Karl Zabine ilə kinoya, Mariya isə
dərnəyin “yığıncağına” getmişdi. Zabine demişdi ki, saat onda
südü qızdırım, sonra şüşəyə töküb Qreqora verim. Ancaq
mənə elə gəldi ki, uşaq çox zəifdir, solğundur (hətta ağlamağa
da heyi çatmır, eləcə yazıq‐yazıq inildəyirdi) və fikirləşdim ki,
südə çiy yumurta qatıb versəm, yaxşı olar. Süd qızana qədər
onu qucağıma alıb mətbəxdə gəzdirməyə, ovundurmağa
başladım:
– Bəh, bəh! Görəsən, balamız nə yeyəcək?! Balaca bir yu‐
murta!
Beləliklə də, yumurtanı sındırıb çalxadım və südə qatdım.
Karlın o biri uşaqları dərin yuxuya getdikləri üçün mətbəxdə
304 əl‐ayağıma dolaşan olmadı. Mənə elə gəldi ki, yumurta
qatılmış süd uşağa ləzzət verdi və o dəqiqə də inildəməyini
kəsib, gülümsəyə‐gülümsəyə yuxuya getdi. Karl kinodan
qayıdanda mətbəxdəki yumurta qabıqlarını görüb dedi:
– Çox ağıllı iş görüb yumurta bişirmisən.
Cavab verdim ki, yumurtanı Qreqor yeyib. O dəqiqə tufan
qopdu, dişlərinin dibindən çıxanı üstümə yağdırdılar. Zabine
əməlli‐başlı özündən çıxdı, məni “qatil” adlandırdı. Karl da
qışqırdı: “Səfilin biri səfil! Pozğun əclaf!” Bu sözlər məni o
qədər haldan çıxardı ki, Karlı “cırtqoz müəllim” adlandırdım,
paltomu götürüb acıqlı‐acıqlı qapıdan çıxdım. Karl arxamca
dəhlizə qədər gəlib qışqırdı: “Məsuliyyətsiz axmaq!” Mən də
geri dönüb cavabını verdim: “Cırtqoz meşşan! Avaranın biri
avara!”
Həqiqətən, uşaqlardan xoşum gəlir. Onlarla tez dil
tapıram. Ən çox da südəmər körpələrlə. Bilirəm ki, yumurta
biryaşlı uşağa heç nə eləməz, ancaq Karl mənə “pozğun əclaf”
dedi və bu, mənə Zabinenin “qatil” sözündən də ağır gəldi.