Page 306 - heynrix
P. 306
HAYNRİX BÖLL
Ağlıma yaxşı fikir gəlmədiyi üçün cibimdəki birmarklığı çıxarıb,
onunla adi fokuslar göstərməyə başladım. Sağ qolumu geniş
açıb, kağızı yuxarı qaldırdım, pulu üzüaşağı diyirlətdim, sonra
onu aşağı saldım, pul da geri qayıtdı. Göstərdiyim nömrəni
iztirab dolu bir təbəssümlə seyr elədi. Sonra pulu o qədər
yuxarı atdım ki, az qaldı, tavana dəysin, geri qayıdanda isə
göydəcə tutdum. Atam bayaqkı hərəkətini yenə də təkrar etdi:
“Xahiş edirəm, paltomu gətir”. Pulu bir də yuxarı atıb, bu dəfə
onu sağ ayağımın baş barmağı ilə tutdum. Atam, az qala, bur‐
nuna dəyən ayağımı görəndə əsəbi halda geri çəkildi və
donquldandı:
– Qurtar!
Çiynimi çəkib dəhlizə keçdim, paltosunu, şlyapasını
asılqandan götürdüm. Böyrümdə dayanıb gözləyirdi. Palto‐
sunu tutdum, yerə düşmüş əlcəklərini qaldırdım. Yenə gözləri
dolmuşdu, dodaqları qəribə tərzdə titrəyirdi, tez‐tez burnunu
çəkirdi. Axırda pıçıltı ilə dedi:
306 – Bəlkə, mənə bircə kəlmə xoş söz deyəsən?
– Deyərəm! – astadan dilləndim. – Çox sağ ol ki, o
səfehlər üstümə düşəndə gəlib əlini çiynimə qoydun. Çox sağ
ol ki, o vaxt ağıldankəm mayor, Vinekeni güllələtmək istəyən‐
də onun həyatını xilas etdin.
– Eh, mən bunu, demək olar ki, çoxdan unutmuşam.
– Yenə sağ ol ki, unutmusan. Ancaq mən unutmamışam.
Gözlərini üzümə dikərək, lal baxışları ilə yalvardı ki, Hen‐
riettenin adını çəkməyim, mən də onu dilimə gətirmədim. Hal‐
buki soruşmaq istəyirdim: axı nə üçün o vaxt yaxşılıq eləyib
qızı zenitçi dəstəsinə getməkdən çəkindirmədi?! Başımı
tərpətdim, o da nə demək istədiyimi başa düşdü: Henriette
barədə danışmayacağam. Çox güman ki, nəzarət şurasının
iclaslarında oturanda qarşısındakı kağıza adam şəkli çəkir,
hərdən də “H” hərfi yazır. Bəlkə “H” hərfini bir neçə dəfə yazır,
hələ, bəlkə, qızın adını tam yazır: Henriette. Bu işdə onun
günahı yoxdu. Sadəcə olaraq, səfehliyi faciə ilə sona yetmişdi
və ya faciə üçün zəmin yaratmışdı. Bunu dəqiq deyə