Page 301 - heynrix
P. 301
İ ROMAN

saçlarını düzəltdirməyə gedirdi, çünki gün dönən kimi... Hə, BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
sən bunu da “məhəbbət əyləncəsi” adlandıracaqsan.
301
– Nə? – atam səsini ucaltdı. – Hər halda, bununla... – O,
qızararaq başını bulaya‐bulaya üzümə baxdı.

– Bəli, – dedim, – məhz onu nəzərdə tuturam. Cümə
günləri nahardan sonra uşaqları kinoya göndərirdilər. Hətta
kinodan əvvəl dondurma yeməyə də gedə bilərdilər. Beləliklə
də, anaları bərbərxanadan, ataları isə maaş alıb işdən
qayıdandan sonra uşaqlar üç saat yarım evdə olmurdular.
Özün də bilirsən ki, fəhlələrin mənzili böyük olmur...

– Sənin deməyindən belə çıxır ki... belə çıxır ki, uşaqların
həmin vaxtda nə üçün kinoya göndərilməsinin səbəbini başa
düşürmüşsünüz?!

– Əlbəttə, hamısını başa düşmürdük. Sonralar həmin
günləri xatırlayanda bunun mənasını anladım. Biz kinodan
qayıdıb kartof salatını yeyəndə Vinekenin yanaqlarına nə üçün
xəfif qızartı çökdüyünün səbəbini də sonralar başa düşdüm.
Ataları idman meydançasına gözətçi keçəndən sonra vəziyyət
dəyişdi. Axı o, indi evdə tez‐tez olurdu. Uşaq olanda həmişə
hiss edirdim ki, ikisi də özlərini pis iş tutmuş adam kimi
aparırlar. Səbəbini sonralar başa düşdüm. Ancaq mənzilləri bir
böyük otaq və mətbəxdən ibarət olan üç uşaq ata‐anasının
başqa çıxış yolu olmazdı...

Atam elə sarsılmışdı ki, məni qorxu hissi bürüdü: bəlkə
də, belə söhbətdən sonra pul barədə danışmağı nəzakətsizlik
hesab edəcəkdi. Əvvəlcə bizim bu görüşümüzü faciə hesab
eləyirdi. Ancaq getdikcə bu faciəni nəcib iztirab hisləri kimi
qəbul eləyib, ondan zövq almağa başladı və çox güman ki, bu
ləzzətdən sonra onu bayaq təklif etdiyi üç yüz mark barədəki
söhbətə qaytarmaq çətin olacaqdı. Pul da “cismani tələbat”a
oxşayır – heç kəs bu barədə olduğu kimi danışmır, olduğu kimi
düşünmür. Bəziləri onu nə vaxtsa ruhani ata Mariyaya cismani
tələbatdan danışarkən dediyi kimi, “sublimasiya” hesab edir,
bəziləri də ondan söhbət açmağa nəzakətsizlik kimi baxır. Hər
   296   297   298   299   300   301   302   303   304   305   306