Page 296 - heynrix
P. 296
HAYNRİX BÖLL
– Nə olar, mənə bircə dənə kökə verin.
Qorxurdum ki, indicə kimsə içəri girəcək.
Qadın üzümə baxdı, nazik, təbəssümsüz dodaqları əvvəl
bir az da nazildi, sonra isə yumrulanıb qalınlaşdı. Heç nə
deməyib üç kökə, bir qoğal götürdü, kağız torbaya qoyub
mənə uzatdı. Deyəsən, torbanı alanda “sağ ol” da demədim
və tez aradan çıxdım. Edqarın yaşadığı evin astanasında otu‐
rub kökələri də, qoğalı da yedim, hərdən cibimdəki iyirmi iki
marklıq çekin yerində olub‐olmadığını yoxlayırdım. Onun
iyirmi iki mark olması çox qəribə idi. Xeyli baş sındırdım ki, niyə
məhz iyirmi iki mark göndərib. Ola bilsin, hansı hesabdasa elə
bu qədər qalıbmış... Bəlkə, zarafat eləyirmiş, ya da, çox güman
ki, təsadüfən belə alınıb. Ancaq ən qəribəsi bu idi ki, iyirmi iki
rəqəmindən sonra məbləğ sözlə də yazılmışdı. Deməli, babam
bununla nəsə demək istəyirdi. Lakin nə demək istədiyini nə
onda başa düşdüm, nə də sonra. Bir az keçəndən sonra bildim
ki, Kalkda, Engels küçəsində Edqarı cəmi saat yarım gözlə‐
296 mişəm. Ancaq həmin vaxt mənə qüssə‐kədərlə dolu əbədiyyət
qədər görünmüşdü... Evlərin qaranlıq fasadları, kimya fab‐
rikinin damından qalxan tüstü...
Edqar məni görəndə çox sevindi. Üz‐gözü işıqlandı, əlini
çiynimə vurdu, otağına apardı. Divardan Brextin böyük şəkli,
şəklin altında da gitara asılmışdı. Özü düzəltdiyi rəfə çoxlu
ucuz kitab düzmüşdü. Sonra çölə çıxdı, məni içəri buraxmadığı
üçün sahibəni məzəmmət elədi və bir şüşə araqla geri qayıdıb,
dedi ki, indicə teatr komitəsində XDİ‐nin qoca qurdları ilə
döyüşdə qalib gəlib. Axırda da tələb etdi ki, ayrıldığımız
gündən sonra başıma gələnlərin hamısını ona danışım. Uşaq
vaxtı bir yerdə çox oynamışdıq. Atası əvvəlcə çimərlikdə, sonra
bizim evin yanındakı idman meydançasında gözətçi işləyirdi.
Edqardan xahiş etdim ki, başıma gələnləri sonraya saxlayaq və
indiki vəziyyətimi qısa şəkildə ona başa saldım, dedim ki, çeki
dəyişsin. Dostum çox xeyirxah imiş. Məni o dəqiqə başa
düşdü, çıxarıb otuz mark verdi, çeki də yaxın qoymadı.
Yalvardım ki, onu götürsün. Hətta “çeki götür” deyəndə az