Page 293 - heynrix
P. 293
İ ROMAN
verirdi. Qadın hərdən mən məşqə başlayana qədər orada qalır, BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
gözləri yaşarana qədər gülür, günortadan sonra da bizə qəhvə
hazırlayırdı. Hətta rəsmi evli olmadığımızı biləndən sonra da 293
bizə münasibətini dəyişmədi. Mənə elə gəlirdi ki, o, “sənət
adamının, doğrudan da, evlənməsini” təsəvvürünə gətirə
bilmir. Bəzən havalar soyuq olanda kilsəyə tez gedirdik. Mariya
kulinariya məşğələsində iştirak edir, mən də asılqandakı balaca
elektrik qızdırıcısının yanında oturub kitab oxuyurdum. Zaldakı
qaqqıltı nazik divardan eşidilirdi. Sonra yeməklərin kalorisi, vi‐
tamini, kalkulyasiyası haqqında ciddi mühazirələr başlayırdı.
Ancaq mənə elə gəlirdi ki, məşğələ əvvəldən axıra qədər şən
keçir. Gənc qadınlara məsləhət verilən günlərdə tədbir qur‐
tarana qədər bizi içəri buraxmırdılar. Məsləhətçi həkim çox
gənc, mehriban, ədəbli, eyni zamanda da dediyindən dön‐
məyən tərs bir qız idi, özü də mən səhnədə məşq edərkən
qalxan tozdan yaman qorxurdu. Bir az keçəndən sonra başladı
ki, səhəri günü də içərinin havası tozlu olur və körpələrə pis
təsir edir. Beləliklə, arzusuna çatdı, məni səhnəyə məsləhətin
başlamasına iyirmi dörd saat qalana qədər buraxmadılar. Buna
görə Haynrix Belen hətta keşişlə söz‐sözə gəldi. Mənim hər
gün orada məşq etdiyimdən onun xəbəri yox idi və Haynrixə
tapşırdı ki, “Bəşər övladını sev” kəlamından sui‐istifadə
etməsin. Bəzən Mariya ilə kilsəyə də gedirdim. Ora yaxşı isti
olurdu. Həmişə də qızdırıcı boruya yaxın otururdum. Həm də
sakitlik olurdu. Küçədəki hay‐küy sanki çox uzaqlarda idi, bura
da, demək olar ki, çox az adam gəlirdi. Yeddi‐səkkiz nəfər
ancaq olardı. Hətta bir neçə dəfə mənə elə gəldi ki, mən də o
kədərli adamlardan biriyəm, bura da müqəddəs borcumu
yerinə yetirməyə gəlmişəm. Mariya ilə məndən başqa hamısı
qoca arvadlar idi. Haynrix Belenin oxuduğu sönük messa duası
bu qaranlıq, çirkli kilsəyə çox yaraşırdı. Hətta bir dəfə xidmətçi
gəlməmişdi və mən onun əvəzinə Belenə kömək elədim.
Duanın sonunda müqəddəs kitabı sağ tərəfdən sola keçirirlər.
Qəflətən hiss etdim ki, Haynrix tez‐tez duruxur, ritmi itirir. Ona
tərəf yüyürüb, kitabı sağ tərəfdən götürdüm, mehrabın