Page 294 - heynrix
P. 294
HAYNRİX BÖLL

ortasına çatanda diz çökdüm, onu sol tərəfə qoydum. Onda
mənə elə gəldi ki, Haynrixə bu vəziyyətdə kömək etməmək
nəzakətsizlikdir. Mariya qıpqırmızı qızardı, Haynrixin özü isə
gülümsədi. Onu çoxdan tanıyırdım. İnternatda qalanda bizim
futbol komandamızın kapitanı idi. Yaşca da məndən böyükdü.
Çox vaxt da ibadətdən sonra keşiş cübbələri saxlanılan otağın
qabağında Haynrixi gözləyirdik. O, bizi səhər yeməyinə dəvət
edir, mağazadan nisyə yumurta, qaxac edilmiş donuz budu,
qəhvə, siqaret götürürdü. Evində təsərrüfat işlərinə baxan
qadın xəstələnəndə Haynrix uşaq kimi sevinirdi.

Valideynlərim məndən üz döndərərək lənətə gəlmiş
milyonlarının üstündə oturub öz əxlaq prinsiplərindən zövq
aldıqları vaxt bizə kömək əli uzadanların hamısını bir‐bir
xatırladım.

Atam hələ də kreslonun arxa tərəfində var‐gəl edir,
dodaqlarını tərpədə‐tərpədə nəyisə hesablayırdı. Az qaldı, ona
deyəm ki, daha pul lazım deyil. Ancaq, nədənsə, mənə elə
294 gəldi ki, bu pulu ondan istəməyə haqqım çatır. Cibimdə bircə
mark qala‐qala qəhrəmanlıq etmək istəmirdim, çünki son‐
radan peşman olacağımı bilirdim. Doğrudan da, pul mənə çox
lazım idi, özü də evdən çıxdığım gündən bəri atamdan bircə
pfenniq almamışdım. Yalnız Leo özünün cibxərcliyini bizə
bağışlamış, Anna da hərdən bişirdiyi ag çörəkdən pay
göndərmişdi. Sonralar babam da hərdən pul, daha doğrusu,
on beş, iyirmi marklıq çek göndərməyə başladı. Bir dəfə də
hansı səbəbdənsə iyirmi iki marklıq çek göndərmişdi. Nə
münasibətlə məhz iyirmi iki mark göndərdiyini bu gün də
bilmirdim. Hər dəfə çekləri alanda başımıza oyun gəlirdi.
Sahibənin bankda hesabı yox idi. Eləcə də Haynrixin. O da
bizim kimi belə şeylərdən uzaq idi. İlk çekimizi Haynrix işlədiyi
kilsənin ianə fonduna keçirdi, əmanət kassasından bu cür
çeklərin növünü, məqsədini öyrənib keşişin yanına yollandı və
ondan on beş markı nağd pulla almaq istədi. Keşiş əməlli‐başlı
hirsləndi. Haynrixə başa saldı ki, nağd pul verə bilməz, çünki
bunu əsaslandırmaq lazımdır. İanə fondu çox cəncəl işdir, tez‐
   289   290   291   292   293   294   295   296   297   298   299