Page 290 - heynrix
P. 290
HAYNRİX BÖLL

onun gəlirini də hesablamışdı. Ancaq nə qədər alındığı
yadımda deyildi. Atamın “hər işdə əli”, hər yerdə payı vardı.
Hətta maye sabun hazırlayan fabrikin də şəriki idi.

Atam sakit addımlarla otaqda var‐gəl etməyə başladı.
Dodaqları tərpənirdi, sanki nəyisə hesablayırdı. Bəlkə də,
həqiqətən, hesablayırdı. Ancaq bu hesablama yaman çox
çəkdi...

Yenə Mariya ilə Bonndan çıxıb getdiyimiz günləri
xatırladım. Onda valideynlərim çox simiclik elədilər. Atam
məktub yazdı ki, əxlaqi nöqteyi‐nəzərdən mənə heç bir maddi
kömək göstərməyəcək və ümid edir ki, “öz əlimin qazancı” ilə
həm özümü, həm də yoldan çıxardığım o ləyaqətli bədbəxt
qızcığazı dolandıra biləcəyəm. Mənə məlum olduğu kimi, o,
qoca Derkumu həm rəqib, həm də insan kimi həmişə yüksək
qiymətləndirmişdi və bu hərəkətim böyük hay‐küyə səbəb
oldu...

290 * * *
Biz onda Köln‐Erenfelddəki pansionda yaşayırdıq.

Mariyanın anasından qalan yeddi yüz mark bir aydan sonra
qurtardı. Ancaq mənə elə gəlirdi ki, həmin pulu çox qənaətlə,
ağılla xərcləyirik.

Biz Erenfelder vağzalının yaxınlığında yaşayırdıq,
pəncərəmizdən vağzal binasının kərpic divarları, kömürlə dolu
gəlib, boş qayıdan vaqonlar görünürdü. Təsəlliverici mənzərə
idi. Hər dəfə o vaqonların tıqqıltısını eşidəndə qəlbim riqqətə
gəlir, arxayın olurdum ki, valideynlərimin maddi vəziyyəti pis
deyil. Hamamdakı pəncərədən də navalçalar, paltar zivələri
görünürdü. Qaranlıq düşən kimi hərdən gizlincə həyətə atılan
konserv qutularının, zibil torbalarının guppultusu eşidilirdi. İlk
günlər tez‐tez vannaya girib kilsə mahnılarını zümzümə
edirdim. Sahibə əvvəlcə oxumağı qadağan elədi:

– Camaat elə biləcək ki, rütbəsi əlindən alınmış keşiş
saxlayıram.

Sonra da vannadan istifadə etməyə qoymadı. Dedi ki,
tez‐tez çimirəm, suyu çox işlədirəm. O, bəzən həyətə atılan
   285   286   287   288   289   290   291   292   293   294   295