Page 287 - heynrix
P. 287
İ ROMAN
– Dəcəlin biri dəcəl! Məni yaxşı aldatdın. BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
– Yox, – dedim, – səni yaxşı aldada bilmədim. Əsl kor
daha yaxşı aldadardı. Kor olduğunu sübut etmək üçün mütləq 287
dəvdənmək, nədənsə tuta‐tuta yerimək vacib deyil. Bəzi kor‐
lar, doğrudan da, kor olmalarına baxmayaraq, kor rolunu
oynayırlar. İstəsən, indi sənin gözünün qabağındaca buradan
qapıya qədər elə gedərəm ki, qorxudan qışqırarsan, mənə
yazığın gələr, o dəqiqə ayağa durub dünyanın ən yaxşı cərrahı
sayılan Freberə zəng vurarsan. İstəyirsən?
Mən artıq ayağa durmuşdum.
– Allah xatirinə, lazım deyil, – atam üz‐gözünü turşutdu.
– Xahiş edirəm, onda sən də otur. Başımın üstündə
durmağın əsəblərimə toxunur.
Atam əyləşib özünə mədən suyu tökdü, çaşqın nəzərlərlə
üzümə baxdı.
– Səndən heç baş açmaq olmur, – dedi. – Mənə dürüst
bir cavab ver. Hara getməyindən asılı olmayaraq, pulunu özüm
ödəyəcəm. İstər London olsun, istər Paris, istərsə də Brüssel...
Ən yaxşı yolu budur.
– Yox! – yorğun halda dilləndim. – Əslində, ən pis yoldur.
İndən sonra oxumağın mənə xeyri yoxdur. İşləmək yaxşıdır. On
üç, on dörd yaşım olanda oxudum. İyirmi bir yaşıma qədər...
Ancaq siz bunu hiss eləmədiniz. Əgər Qenneholm deyirsə ki,
yenə oxuya bilərəm, deməli, mən fikirləşdiyimdən də
axmaqdır.
– O, mütəxəssisdir! Özü də mən tanıdıqlarımın arasında
ən yaxşısıdır!
– Hətta sən tanımadıqlarının arasında da ən yaxşısıdır.
Ancaq o yalnız mütəxəssisdir, teatrdan, faciədən, komediya‐
dan, “Commedio dell’arte”dən, pantomimdən yaxşı başı çıxır.
Belələri məzhəkə göstərmək üçün yaxasına qara ipəkdən
qəşəng bir lent bağlayıb bənövşəyi köynəkdə qəflətən
səhnəyə çıxanda heç nə alınmır. Hər hansı diletant da onların
yerinə utanır. Tənqidçilərin ən pis cəhəti onların həmişə
tənqid eləməsi deyil, özlərinə tənqidi cəhətdən yanaşa