Page 282 - heynrix
P. 282
HAYNRİX BÖLL
– Elədir, – cavab verdim.
– Belə şeylərə inanan cavanlardan ehtiyat edirəm, ona
görə də mənə çox pis təsir elədi. Ancaq barışdım... Bəli,
barışdım. Niyə mənə elə baxırsan?
– Üzr istəyirəm, – dedim, – səni televizorda görəndə
mənə elə gəldi ki, çox gözəl aktyorsan. Hətta bir az təlxəyə də
oxşayırdın.
Şübhəli‐şübhəli, demək olar ki, incik tərzdə üzümə baxdı.
Tələsik əlavə elədim:
– Düz sözümdür, papa, gözəl oynayırdın.
“Papa” sözünü “təzədən tapdığım” üçün sevindim.
– Bu rolu orada boynuma qoymuşdular.
– Sənə yaraşır. Əntiqə oynayırdın...
– Mən rol oynamıram! – o ciddiləşdi. – Oynamaq fikrində
də deyiləm.
– Bu, düşmənlərin üçün pisdir.
– Mənim düşmənim yoxdur! – əsəbiləşdi.
282 – Bu da düşmənlərin üçün daha pisdir.
Yenə də şübhəli‐şübhəli üzümə baxdı, sonra gülüb dedi:
– Düz sözümdür, mən onlara düşmən kimi baxmıram.
– Bu, mən fikirləşdiyimdən də betərdir. Doğrudanmı,
sənin həmişə pul barədə söhbət elədiyin adamlar əsas
məsələni gizlətdiyinizi bilmir, yoxsa ekrana çıxmamışdan əvvəl
belə şərtləşirsiniz?
Atam özünə konyak süzüb, sualedici nəzərlərlə mənə
baxdı:
– Bəlkə, sənin gələcəyin barədə söhbət edək?!
– Bircə dəqiqə, – dedim. – Sadəcə olaraq, bunu necə
elədiyinizi bilmək istəyirəm. Siz həmişə faizdən danışırsınız.
On faizdən, iyirmi faizdən, əlli faizdən... Ancaq nəyin, nə
qədərin faizi olduğunu heç vaxt demirsiniz. – Üzümə baxa‐
baxa konyakını götürüb içən atam səfeh bir görkəm aldı. –
Düzdür, riyaziyyatı yaxşı öyrənməmişəm, ancaq dəqiq bilirəm
ki, yarım pfenniqin yüz faizi yarım pfenniq eləyir, bir milyardın
beş faizi isə əlli milyon. Nə demək istədiyimi başa düşürsən?