Page 278 - heynrix
P. 278
HAYNRİX BÖLL

Zorla da olsa, güldü, başını bulayıb, köksünü ötürdü:
– Eybi yoxdur, – dedi. – Ancaq unutma ki, yumurtanın
yalnız ağını yemək cana ziyandır.
– Üstündən alma yeyəcəm.
Lobyanı yumurta ilə qarışdırdım, çörəkdən dişlədim,
düzəltdiyim həftəbecərdən bir qaşıq götürüb ləzzətlə yeməyə
başladım.
– Heç olmasa, üstünə pomidor şirəsi vuraydın.
– Neyləyim, yoxumdur, – dedim.
Tələsik yediyim üçün ağzımı marçıldadır, dişlərimi
şaqqıldadırdım, bu da, deyəsən, atamın xoşuna gəlmədi. Nə
qədər çalışsa da, iyrəndiyini tam gizlədə bilmədi. Axırda durub
mətbəxə keçdim, soyuducunun qarşısında dayanıb yeməyi
axıracan yedim. Yeyə‐yeyə də soyuducunun üstündən asılmış
güzgüdə özümə baxdım. Son günlərdə sifətimin əzələlərini
məşq etdirməyi tamam unutmuşdum. Öz tamaşaçılarına,
əsasən, “donuq sifəti” ilə təsir edən təlxəyin sifəti həmişə
278 mütəhərrik olmalıdır. Əvvəllər məşqə başlayanda dilimi
çıxarırdım ki, özümə yadlaşmazdan əvvəl özüm‐özümə yaxın‐
laşam. Sonralar bunun daşını atdım, sadəcə olaraq, hər gün
güzgünün önündə yarım saat dayanaraq özümü unudana
qədər əksimə tamaşa etdim. Ancaq mən özünə vurulan
adamlardan deyildim, buna görə də, az qala, dəli olurdum.
Sadəcə olaraq, güzgüdə sifətinə tamaşa etdiyim adamın özüm
olduğunu unudurdum. Məşqim qurtaran kimi güzgünün
üzünü o tərəfə çevirirdim. Sonra həmin gün təsadüfən
gözlərim güzgüyə sataşanda diksinirdim. Yox, hamamdakı,
dəhlizdəki güzgülərdə gördüyüm adam mən olmurdum. Uzun‐
burun, solğunbəniz xəyalın, doğrudanmı, belə olduğunu və ya
özünü gülünc vəziyyətə saldığını kəsdirə bilmirdim. O dəqiqə
var gücümlə Mariyanın yanına qaçırdım ki, onun gözünə
düşən əksimə baxım. Mariya çıxıb gedəndən sonra sifətimin
əzələlərini məşq etdirə bilmirdim, çünki dəli olacağımdan
qorxurdum. Hər dəfə məşq qurtaran kimi onun yanına qaçıb
qıza o qədər yaxın dayanardım ki, gözlərinə düşən əksimi
   273   274   275   276   277   278   279   280   281   282   283