Page 275 - heynrix
P. 275
İ ROMAN

– Bəli, – dedim. – Əgər icazə versəydiniz, bir gün qonaq BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
gələrdim. Sizdə də hər şey pas rəngindədir?
275
– Əlbəttə. Pas rəngi beşinci mərtəbənin əlamətidir.
Lift üçüncü mərtəbədə çox dayandı. Nəhayət, lövhədəki
“4” rəqəmi işıqlandı, sonra “5”... Qapısını açdım və...
heyrətdən bir addım geri çəkildim. İçəridən atam çıxdı, Qreb‐
zel üçün qapını tutdu, sonra da mənə tərəf döndü.
– İlahi! Ata, sənsən?!
İndiyəcən ona “ata” deməmiş, həmişə “papa” deyə
çağırmışdım.
– Hans! – o, qeyri‐müəyyən tərzdə qollarını qaldırdı, san‐
ki məni qucaqlamaq istədi.
Ondan əvvəl içəri girib paltosunu tutdum, şlyapasını
aldım, qonaq otağının qapısını açaraq taxtı göstərdim.
Tələsmədən oturdu.
İkimiz də pərt olmuşduq. Pərt olmaq, bəlkə də, valideyn‐
lərlə uşaqların bir‐birini başa düşməsinin yeganə yoludur. Çox
güman ki, “ata” deyə müraciət etməyim ona təsir etmişdi, bu
da, öz növbəsində, aramızda yaranacaq mümkün pərtliyi bir
az da artırdı. Atam pasrəngli kreslolardan birində oturub
başını bulaya‐bulaya məni süzdü: ayağımda yaş çəkələk, su
daman corablar, əynimdə həddən artıq uzun, üstəlik də, sarı‐
qırmızı rəngli hamam xalatı...
Atam boydan uca olmasa da, yaraşıqlıdır. Səliqəsinə çox
fikir verməsə də, hər hansı iqtisadi məsələ müzakirə olunanda
televiziya işçiləri onun üstündə dava salırlar. Üz‐gözündən
xeyirxahlıq, müdriklik yağır, son vaxtlar “kömür mədənlərinin
sahibi Şnir” kimi deyil, “televiziya ulduzu” kimi məşhurlaş‐
mışdır. Hər cür kobudluqdan zəhləsi gedir. Baxan deyərdi ki,
bu görkəmin sahibi mütləq siqar çəkməlidir. Özü də nazik,
yumşaq siqar... Ancaq yetmişi haqlamış hər hansı bir kapita‐
listin siqaret çəkməsi, doğrudan da, əsl igidlikdir, tərəqqidir...
Nə üçün onu tez‐tez maliyyə məsələlərinin müzakirə olunduğu
məclislərə dəvət etdiklərinin səbəbini də yaxşı başa düşürəm.
Bilirlər ki, bu xeyirxahlıq yalnız görkəmində deyil, həm də
   270   271   272   273   274   275   276   277   278   279   280