Page 276 - heynrix
P. 276
HAYNRİX BÖLL

təbiətindədir. Atama siqaret verdim, onu yandırmaq üçün bir
az aşağı əyiləndə kişi dedi:

– Təlxək həyatına yaxşı bələd olmasam da, bəzi şeyləri
bilirəm. Ancaq onların qəhvə ilə çimməsi mənim üçün yeni‐
likdir.

Atam hərdən yaman zarafatcıl olur.
– Qəhvə ilə çimmirəm, ata, – dedim, – sadəcə olaraq,
özümə qəhvə süzmək istəyirdim, ancaq alınmadı.
Heç olmasa, indi ona “papa” deyə müraciət etməliydim.
Ancaq gec idi.
– İçmək istəyirsən?
Gülümsədi, şübhəli‐şübhəli üzümə baxıb soruşdu:
– Evdə nəyin var?
Mətbəxə keçdim. Soyuducuda bir şüşə konyak, iki‐üç
şüşə mədən suyu, limonlu limonad, bir şüşə də qırmızı şərab
vardı. Hərəsindən birini götürüb geri qayıtdım, hamısını
masanın üstünə düzdüm. Cibindən eynəyini çıxarıb yarlıqlara
276 baxdı. Başını bulayaraq, ilk öncə, konyakı kənara itələdi.
Bilirdim ki, konyak içməyi xoşlayır, incik tərzdə dedim:
– Pis konyaka oxşamır.
– Əla növdür. Ancaq ən yaxşı konyakı da soyudanda
keyfiyyətini itirir.
– Aman Allah, məgər konyakı soyuducuya qoymaq
olmaz?
Eynəyinin üzərindən mənə elə baxdı ki, sanki kişiyə
yaraşmayan qəbahət iş tutmuşdum. Atamda özünəməxsus bir
quruluq vardı. Məsələn, hər səhər çörəyi üç‐dörd dəfə geri
qaytarır ki, Anna onu lazım olan səviyyədə qızdırmayıb. Bu lal
mübarizə hər gün təkrar olunur, çünki Anna “çörək qızdır‐
mağı” hələ də “anqlosaksoniya səfehliyi” hesab edir.
– Kim konyakı soyuducuya qoyur?! – Atam ikrahla
dilləndi. – Doğrudan, bilmirdin, yoxsa özünü elə göstərirdin?
Səni başa düşmək çox çətindir!
– Bilmirdim.
Sınayıcı nəzərlərlə üzümə baxıb gülümsədi, deyəsən,
sözlərimə inandı.
   271   272   273   274   275   276   277   278   279   280   281