Page 277 - heynrix
P. 277
İ ROMAN
– Bilirsən, sənin tərbiyənə nə qədər pul xərcləmişəm?! BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Əslində, bu sözlərdə ərkyanalıq olmalıydı. Elə bir
ərkyanalıq ki, yetmişi haqlamış ataya özünün boya‐başa 277
çatmış oğlunu məzəmmət etməyə ixtiyar verəydi. Ancaq bu
ərkyanalıq alınmadı, çünki “pul” sözü onu boğdu. Başını bu‐
laya‐bulaya limonadı da, qırmızı şərabı da geri itələyib dedi:
– İndiki şəraitdə mədən suyu hamısından yaxşıdır.
Servantdan iki badə çıxarıb mədən suyunun ağzını açdım.
Deyəsən, bu işləri səhvsiz gördüm. Bütün hərəkətlərimi
izləyən atam başını razılıqla tərpətdi.
– Hamam xalatında gəzməyim pis çıxmaz ki? – soruşdum.
– Pis çıxar, – dedi. – Xahiş edirəm, əyninə əməlli paltar
geyəsən. Bu görkəmin, üst‐başından gələn qəhvə iyi heç də
yerinə düşməyən komik əhvali‐ruhiyyə yaradır. Səninlə ciddi
söhbətim var. Bundan əlavə də... belə açıq danışdığım üçün
bağışla... Yəqin, özün də bilirsən ki, mənim hər cür pintilikdən
zəhləm gedir.
– Pintilik deyil, – dedim. – Bu da sərbəstliyin bir növüdür.
– Əlbəttə, indiyəcən sözümə neçə dəfə baxdığını deyə
bilmərəm, ancaq bu dəfə məni eşitməyə borclu deyilsən. İndi
yalnız xahiş edə bilərəm...
Heyrət məni götürdü. Atam əvvəllər çox utancaq, həm
də, demək olar ki, qaraqabaq idi. Ancaq indi televiziyadan
“sehrkar bir lətafətlə” müzakirə etməyi, fikir yürütməyi
öyrənmişdi. Elə yorğun idim ki, bu lətafətin sehrindən çıxa
bilməzdim. Ona görə də hamama keçib, yaş corabları çıxardım,
ayaqlarımı sildim, köynək, şalvar, pencək geydim, ayaqyalın
mətbəxə qaçdım, hələ də isti olan lobya qovurmasından bir
boşqab doldurdum, üstünə ilıq bişmiş yumurta vurdum,
qabığa yapışıb qalmış yerlərini qaşıqla qaşıdım, bir dilim çörək,
qaşıq götürüb geri qayıtdım. Atam heyrətlə, ikrahla əlimdəki
boşqaba baxdı. Üzünə çox böyük ustalıqla həm heyrət, həm
də nifrət ifadəsi verməyi yaxşı bacarırdı.
– Bağışla, – dedim, – səhər doqquzda yediyimdir. Zən‐
nimcə, acından huşumu itirib ayaqların altına sərilməyimi
istəməzsən.