Page 273 - heynrix
P. 273
İ ROMAN

XV BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
Səs tanış gəlsə də, nə edəcəyimi bilmirdim. Onu tez‐tez
eşitmiş, ancaq fərqinə varmamışdım. Evimizdə qapının zəngi 273
çalınanda qulluqçu qızlar gedib açırdı. Mən içəridə olanda
Derkumun mağazasının zəngi də tez‐tez çalınırdı, ancaq heç
birində yerimdən tərpənmirdim. Kölndə yaşayanda pansionda
qalırdıq. Mehmanxanalarda da telefonla zəng edirdilər. İndi
qapının zəngini eşitsəm də, kim olduğunu kəsdirə bilmirdim.
Doğma zəng deyildi, bu mənzildə onu ikicə dəfə eşitmişdim:
bir dəfə oğlan uşağı süd gətirəndə, bir dəfə də Tsüpfner
Mariyaya qızılgül göndərəndə. Gül gələndə mən içəridə
uzanmışdım. Yanıma gəlib onları mənə göstərdi, sonra dəstəni
burnuna yaxınlaşdırıb ləzzətlə iylədi. Onda çox pis vəziyyətdə
qaldım, çünki elə bildim, gülləri mənə göndəriblər. Mənə
pərəstiş eləyən qızlar bəzən mehmanxanaya gül göndərirdilər.
Dedim:
– Qəşəng güllərdir, saxla.
Üzümə baxdı:
– Mənə göndəriblər.
Qızardım. Çox pis vəziyyətdə qaldım. Yadıma düşdü ki,
indiyəcən Mariyaya gül göndərməmişəm. Əlbəttə, tamaşa
zamanı verilən güllərin hamısını ona gətirirdim, ancaq
cibimdən pul verib almamışdım. Onu da deyim ki, səhnədə
mənə verilən güllərin çoxunun pulunu özüm verirdim.
– Kim göndərib? – soruşdum.
– Tsüpfner.
– Lənət şeytana, bu nə deməkdir?
O dəqiqə yadıma əl‐ələ verib getdikləri gün düşdü.
Mariya qızardı:
– Məgər o, mənə gül göndərə bilməz?
– Gərək sualı başqa cür verəydin, – dedim. – Nə üçün
sənə gül göndərməlidir ki?
– Çünki bir‐birimizi çoxdan tanıyırıq. Bəlkə də, mənə
pərəstiş edir...
– Yaxşı, qoy pərəstiş etsin, ancaq belə bahalı güllər
göndərmək sırtıqlıqdır. Mənə elə gəlir ki, yersizdir...
   268   269   270   271   272   273   274   275   276   277   278