Page 286 - heynrix
P. 286
HAYNRİX BÖLL

oturacağını tapıb oturdum, kor kimi masanın üstündəki
siqaret qutusunu axtarmağa başladım. Atam diksinərək içini
çəkdi. Kor rolunu elə gözəl oynayıram ki, görən deyər,
doğrudan kordur. Mənə elə gəlirdi ki, əslində, koram, bəlkə
də, gözüm heç vaxt açılmayacaq. İndi mən kor rolunu deyil,
görmə qabiliyyətini yenicə itirmiş adam rolunu oynayırdım.
Nəhayət, siqareti tapıb damağıma qoyanda hiss etdim ki, atam
alışqanı yandırıb, alov da əməlli‐başlı titrəyir.

– Oğlum, xəstəsən? – qorxa‐qorxa soruşdu.
– Xəstəyəm... – Yavaşdan dilləndim və siqaretdən bir qul‐
lab vurub, tüstünü ürəyimə aldım. – Ölümcül xəstəyəm, ancaq
kor deyiləm. Mədə ağrısı, baş ağrısı, dizimin ağrısı... Düşkünlük
də bir tərəfdən... Ancaq ən dəhşətlisi budur ki, Qenneholmun
haqlı olduğunu bilirəm. Bilirəm ki, təxminən doxsan beş faiz
haqlıdır. Hətta onun daha nələr dediyini də bilirəm. Klaystdan
danışdı?
– Danışdı.
286 – Dedi ki, mən əvvəlcə öz ruhumu itirməli, tamam‐kamal
saflaşmalı və yeni bir ruh əxz eləməliyəm... Belə dedi?
– Hə... Sən bunu haradan bilirsən?
– İlahi, – dedim, – axı mən onun nəzəriyyələri ilə tanışam,
onları haradan götürdüyünü də bilirəm. Ancaq mən öz
ruhumu itirmək yox, tapmaq istəyirəm.
– Onu itiribsən ki?
– İtirmişəm.
– Harada?
– Romada, – deyib gözlərimi açdım və güldüm.
Doğrudan da, atamın qorxudan rəngi saralmışdı, xeyli də
qocalmışdı. İndi yüngülləşərək güldü. Ancaq səsindən yenə də
qəzəb duyulurdu:
– Ay dəcəl, rola girmişdin?
– Təəssüf ki, hamısı rola girmək deyildi, yaxşı da alınmadı.
Qenneholm bunu görsəydi, deyərdi ki, naturalizm həddən
artıq çoxdur. Elə düz də deyərdi... Homoseksualistlər çox vaxt
düz deyirlər. Onlarda yalnız qeyri‐adi duyum qabiliyyəti olur,
vəssalam. Buna da şükür!
   281   282   283   284   285   286   287   288   289   290   291