Page 292 - heynrix
P. 292
HAYNRİX BÖLL

halda geri dönəcəyəm, qəzet oxuyacağam, nəsə toxuyan
Mariyaya tamaşa edəcəyəm. Mən isə onların bu xülyalarını
həyata keçirməyi ağlıma belə gətirmirdim. Hər gün Mariyanın
yanındaca otururdum. Bu, ona daha xoş gəlirdi. Özümü “sənət
adamı” kimi hiss eləyirdim. İlk günlər, doğrudan da, özümü
“belə birisi” sanırdım və biz Bohema haqqındakı uşaqlıq
təsəvvürlərimizi həqiqətə çevirirdik, divarları şərab şüşələriylə,
balaca kisələrlə, əlvan səbətlərlə bəzəyirdik. Həmin illəri
xatırlayanda bu gün də riqqətə gəlir, qızarıram. Kirayə vaxtını
uzatmaq üçün Mariya hər həftənin sonu sahibənin yanına
gedəndə o, haray‐qışqırıq salar, mənim nə üçün işləmədiyimi
soruşardı. Mariya da özünəxas pafosla deyərdi:

– Mənim ərim sənət adamıdır! Bəli, sənət adamıdır!
Bir dəfə də çirkli pilləkənin üstündə dayanıb sahibənin
otağına tərəf qışqırdığını eşitdim:
– Bəli, bəli, sənət adamıdır.
Sahibənin xırıltılı səsi gəldi:
292 – Nə? Sənət adamı? Doğrudan, ərinizdir? Nikah idarə‐
sinin işi düzəlib ki!
Ən çox da bizim, az qala, saat ona, on birə qədər yatma‐
ğımıza əsəbiləşirdi. Yazıq haradan biləydi ki, bu, səhər
yeməyinə, işıq puluna qənaət etməyin ən asan yoludur. Onu
da bilmirdi ki, məşq etmək üçün kilsənin balaca zalına məni
saat on ikidən sonra buraxırlar, çünki orada günortaya qədər
müxtəlif tədbirlər keçirilirdi. Gah gənc analara məsləhət verilir,
gah priçastiyeyə hazırlaşan gənclərə dərs keçilir, gah kulinariya
seminarları təşkil olunur, gah da qəsəbə katoliklər ittifaqının
iclasları keçirilirdi. Biz Haynrix Belenin keşiş köməkçisi işlədiyi
kilsənin yaxınlığında qalırdıq. Məşq eləmək üçün səhnəsi olan
həmin zalı da, pansiondakı otağı da bizə Belen düzəltmişdi. O
vaxt katoliklər bizə qarşı çox mehriban idilər. Kilsədə kuli‐
nariyadan dərs deyən arvad süfrədən qalan xörəkləri həmişə
bizə verirdi. Çox vaxt şorba, qoğal, hərdən də ət xörəyi qalırdı.
Bəzən də Mariya məşğələdən sonra otağı yığışdırmaqda
kömək edirdi, qadın da axırda ona ərklə yağdan, qənddən
   287   288   289   290   291   292   293   294   295   296   297