Page 298 - heynrix
P. 298
HAYNRİX BÖLL

– Bir də “çek” sözünü eşitdim.
– Elədir, elədir, – dedim. – Gəl otur. De görüm, nə qərara
gəldin: bir il üçün ayda neçə mark verəcəksən?
Ona tərəf getdim, çiyinlərindən ehmalca tutub kresloya
oturtdum. O, yenə ayağa durdu və biz üzbəüz, bir‐birimizə lap
yaxın dayandıq.
– Məsələni hərtərəfli götür‐qoy elədim, – atam yavaşdan
dilləndi, – əgər mənim bu sərfəli, etibarlı təklifimi qəbul
etməyib işləmək istəyirsənsə, zənnimcə... ayda... iki yüz mark
bəs eləyər...
Bildim ki, iki yüz əlli, üç yüz demək istədi, ancaq son anda
dilindən iki yüz çıxdı. Deyəsən, sir‐sifətimin nə hala düşdü‐
yündən qorxdu, təmkininə xas olmayan bir tələsikliklə əlavə
etdi:
– Qenneholm deyirdi ki, yaxşı pantomim aktyoru olmaq
üçün asket həyatı sürmək lazımdır.
Dinmədim. Yalnız “ifadəsiz gözlərimi” onun üzünə dikdim.
298 Yox, əsəbiləşməmişdim, sadəcə olaraq, elə heyrətlənmişdim
ki, “gözlərimdəki ifadəsizlik” çox təbii alındı, halbuki bu cür
baxmağı güclə öyrənmişdim. Atam əsəbiləşdi, üst dodağında
xırdaca tər damcıları puçurlandı. Hələ də özümdə ona qarşı
qəzəb, kin, nifrət hiss etmirdim. Yavaş‐yavaş ona yazığım
gəlməyə başladı.
– Əziz papa, – astadan dilləndim, – iki yüz mark sən
fikirləşdiyin qədər də az deyil. Çox yaxşı məbləğdir. Əlbəttə,
mübahisə etmək istəmirəm; özün də bilirsən ki, asket həyatı
çox gözəl nemətdir. Ən azı, Qenneholmun təklif etdiyi aske‐
tizm... Düzdür, o, əsl asketizmi deyil, pəhrizi – yağsız ət, salat
yeməyi nəzərdə tutur... Ancaq asketizmin ən ucuz növü aclıq‐
dır... Məlum məsələdir ki, ac təlxək sərxoş təlxəkdən yaxşıdır...
Bu sözləri deyib geri çəkildim, çünki ona çox yaxın
dayandığım üçün üst dodağındakı tər damcılarının böyü‐
düyünü görür, buna da dözə bilmirdim.
– Bura bax, – dedim, – gəl puldan danışmayaq, əsl
centlmenlər kimi söhbət eləyək.
   293   294   295   296   297   298   299   300   301   302   303