Page 302 - heynrix
P. 302
HAYNRİX BÖLL

halda, heç kəs pula olduğu kimi baxmır. Halbuki o da yemək,
taksi, siqaret, hamamlı otaq kimi insana çox lazımdır...

Atam iztirab çəkirdi. Bu lap aydınca görünürdü. Dəhşətli
səhnə idi. O, pəncərəyə tərəf dönüb yaylığını çıxardı, yaşarmış
gözlərini sildi. İlk dəfə idi ki, onun ağladığını, cibindəki
yaylıqdan məhz lazım olduğu yerdə istifadə etdiyini – yəni göz
yaşlarını sildiyini görürdüm. O, hər səhər iki dənə təmiz yaylıq
götürər, axşamlar isə onları azacıq qırışmış halda özünün
istifadə etdiyi vanna otağına tullayardı. Heç biri də kirli ol‐
murdu. Sabun tozu tapılmayan vaxtlarda anam qənaət etmək
xatirinə onu çox dilə tutdu ki, bəlkə, bir dəsmaldan iki‐üç gün
istifadə eləyə.

– Axı sən onu yalnız cibində gəzdirirsən. Heç kirlənmir
də... Bundan əlavə, millət qarşısındakı borcları da unutmaq
olmaz.

Anam onda “İsrafçılığa qarşı mübarizə”, “Qəpiyin də
qədrini bil” kimi şüarlardan istifadə edirdi. Zənnim məni
302 aldatmırdısa, atam həyatında bircə dəfə sözünün üstündə
durdu, hər gün iki dəsmal götürdü. Ancaq mən onun üzündə
heç vaxt ləkə, tər damcısı görməmişdim ki, dəsmalı çıxarıb
onları siləydi. İndisə pəncərənin qabağında dayanıb təkcə göz
yaşlarını deyil, həm də “qabalıq əlaməti kimi” üst dodağında
puçurlanmış tər damcılarını silirdi. Atam hələ də ağladığı üçün
mətbəxə keçdim. Hətta onun astadan hıçqırdığını eşidirdim.
Axı adam hamının yanında ağlamaq istəmir, mən də fikirləş‐
dim ki, öz doğma oğlunun, daha doğrusu, yaxşı tanımadığı
oğlunun yanında ağlamağı heç bir ata özünə sığışdırmaz. Mən
yalnız bircə adamın yanında ağlaya bilərdim ki, o da Mariya
idi. Ancaq atamın öz məşuqəsinin yanında ağlayıb‐ağlama‐
dığından xəbərim yox idi. Onu bircə dəfə görmüşdüm, gözəlliyi
də, məsum səfehliyi də xoşuma gəlmişdi. Ancaq haqqında çox
eşitmişdim. Qohumlarımız onu pulgir birisi kimi təsvir
edirdilər. Ancaq mənim qohumlarım cəsarət eləyib: “Adama
hərdən yemək, içmək, ayaqqabı almaq lazımdır”, – deyənlərin
hamısını pulgir hesab edirdilər. Kim desəydi ki, siqaretsiz, isti
   297   298   299   300   301   302   303   304   305   306   307