Page 307 - heynrix
P. 307
İ ROMAN

bilməzdim. Özü nəcib, qayğıkeş, gümüşü saçlı bir kişi idi və çox BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
xeyirxah görkəmi vardı. Ancaq mən Mariya ilə Kölndə
yaşayanda bizə Allahın sədəqəsini də göndərmədi. Görəsən, 307
əziz atamı bu qədər amansız, bu qədər qüdrətli eləyən nə idi?
Nə üçün o, televiziya ekranında ictimai borcdan, vətənpər‐
vərlikdən, Almaniyadan, hətta özünün də tanımadığı
xristianlıqdan elə danışırdı ki, istər‐istəməz dediklərinə
inanmalı olurdun? Belə şeyə yalnız və yalnız pulun gücü
çatardı. Özü də taksilərə verdiyim, süd aldığım, kinoya get‐
diyim, məşuqəyə xərclədiyim konkret pul deyil, mücərrəd
mənada pul! İndi mən atamdan qorxurdum, o da məndən.
İkimiz də bilirdik ki, heç birimiz realist deyilik. İkimiz də “real
siyasət”dən danışanlara nifrət edirdik. O səfehlər burada daha
böyük məsələdən söhbət getdiyini başa düşməzdilər. Ancaq
mən atamın gözlərindən hər şeyi oxudum: təlxəyə pul verə
bilməzdi, çünki təlxək bu pulla davranmağın bircə yolunu
bilirdi: xərcləmək! Halbuki pulla davranmağın ən pis yolu elə
bu idi. Bildim ki, indi mənə bir milyon da versə, hamısını
xərcləyəcəyəm, pul xərcləmək isə onun nəzərində israfçılıq
hesab olunurdu.

Bayaq onu göz yaşları ilə tək buraxıb mətbəxdə,
hamamda gözləyəndə ümid etmişdim ki, atam əməlli‐başlı
sarsılacaq və o səfeh şərtləri bir də xatırlatmadan mənə çoxlu
pul verəcək. Ancaq indi gözlərindən görürdüm ki, bunu
bacarmır. Bizim heç birimiz realist deyildik və ikimiz də bilirdik
ki, yalnız bayağı adamlar realist ola bilərlər. Belələri gəlincik
kimidir; çapalaya‐çapalaya əlini min dəfə boynuna aparır,
ancaq asıldığı kəndiri tapa bilmir!

Onu tam arxayın salmaq üçün başımı bir də tərpətdim;
yəni nə pul barədə danışacağam, nə Henriette barədə.
Bununla belə, Henrietteni indiki yaşında təsəvvürümə
gətirdim və mənə elə gəldi ki, bu görkəm ona heç yaraşmır;
otuz üç yaşı var... Çox güman ki, əvvəlcə iri sənaye sahiblə‐
rindən birinə ərə gedib, sonra da boşanıb... Amma heç cür
inana bilmirdim ki, o, belə qəbullar düzəldə, eşqbazlıq eləyə,
   302   303   304   305   306   307   308   309   310   311   312