Page 310 - heynrix
P. 310
HAYNRİX BÖLL

– Brozen eşidir, – telefondan Belanın səsi gəldi və mənə
ləzzət elədi ki, ondan ətir iyi vurmadı. Özünün də qəribə səsi
vardı: məlahətli, hərarətli, ürəyəyatımlı...

– Danışan Şnirdir, – dedim, – Hans Şnir... Xatırlayırsınız?
– Xatırladım, – səmimiyyətlə dedi. – Bəli, bəli... Dərdinizə
şərikəm... – Nəyi nəzərdə tutduğunu anlamadım, ancaq
sözünə davam edəndə hər şeyi başa düşdüm. – Unutmayın ki,
tənqidçilərin hamısı səfehdir, eqoistdir, yekəxanadır.
– Buna inana bilsəydim, dərdim olmazdı, – köks ötürüb
dedim.
– Sadəcə olaraq, inanın! İnanın, vəssalam! Heç təsəvvür
edə bilməzsiniz ki, inanmaq üçün dəmir iradə nə qədər kömək
edir...
– Əgər onlardan biri məni tərifləməyə başlasa, neyləyim?
– Oho!.. – deyə güldü və bu “oho” kəlməsi onun
ləhcəsində zərif bir musiqi kimi səsləndi. – Onda, sadəcə
olaraq, inanın ki, vicdanı onu təsadüfən üstələyib, eqoist
310 olduğunu unudub.
Güldüm. Bilmirdim, ona sadəcə Bela deyim, ya Brozen.
Bir‐birimizi yaxşı tanımırdıq, heç bir kitabda da atanın
məşuqəsinə necə müraciət etmək barədə nəsə yazılmayıb.
Axırda “Bela”da dayandım, özüm də hiss etdim ki, sənət
adamına yaraşan müraciət forması deyil.
– Bela, – dedim, – iki daşın arasında qalmışam. Atam
yanıma gəlmişdi. Hər şeydən danışdıq, ancaq söhbəti pulun
üstünə gətirə bilmədim. Özü də... – Hiss etdim ki, qızardı; onu
çox vicdanlı qadın hesab edirdim və inanırdım ki, atamla
münasibəti “əsl məhəbbət” məsələsidir, “pul məsələsi”ndən
xoşu gəlmir. – Xahiş edirəm, qulaq asın, indi ağlınıza gətirdiyi‐
nizi də unudun, utanıb eləməyin. Sizdən bircə xahişim var:
atamla mənim barəmdə söhbət edəsi olsanız, deyirəm, bəlkə,
onu inandıra bildiniz ki, mənə təcili pul lazımdır. Nağd pul. Özü
də elə bu dəqiqə. Bircə qəpiyim də yoxdur. Məni eşidirsiniz?
– Bəli! – Bu “bəli”ni elə alçaqdan dedi ki, qorxdum. Sonra
eşitdim ki, yavaşdan burnunu çəkir. – Yəqin ki, məni pis qadın
hesab eləyirsiniz, Hans! – İndi açıq‐aşkar ağlayırdı. – Özünü
   305   306   307   308   309   310   311   312   313   314   315