Page 313 - heynrix
P. 313
İ ROMAN
– Yox, yox, əziz Hans, çox vaxt mən özüm də o intriqalar‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
dan baş aça bilmirəm.
313
– Yaxşı, – dedim. – Bir də onu demək istəyirəm ki, lap
kiçik məbləğə də razıyam. Xudahafiz və çox sağ olun!
Ona nəsə deməyə imkan verməyib dəstəyi asdım. Ancaq
hissiyyatım mənə dedi ki, bu çeşmədən heç vaxt su gəlmə‐
yəcək. Səfeh qadın idi. “Tələyə salmaq” ifadəsi bütün ümidimi
üzdü. Kim bilir, bəlkə də, “kömək lazım olan həmkarı üçün
verilmiş pulu” götürüb öz cibinə qoyurdu! Atama yazığım
gəldi, fikirləşdim ki, kaş onun qəşəng, ziyalı bir məşuqəsi
olaydı! Hələ də özümə bağışlaya bilmirdim ki, kişiyə mənim
üçün qəhvə dəmləməyə imkan vermədim. Atam onun evində
mətbəxə keçib qəhvə dəmləsə, çox güman ki, bu səfeh qancıq
üzdə gülümsəyəcək, gizlində isə yaxşı dərs demək həsrətində
olan müəllimə kimi başını bulayacaq, sonra da ikiüzlülük
eləyəcək, qəhvənin tərifini göylərə qaldıracaq, elə bil ovçu ovu
tapıb gətirmiş itini tərifləyir.
Telefondan aralanıb pəncərəyə yaxınlaşanda, onu açıb
küçəyə baxanda hiss etdim ki, bərk əsəbiləşmişəm. Qorxdum
ki, günlərin birində Zommervildin köməyinə möhtac qalam.
Birdən‐birə cibimdəki birmarklığı çıxarıb küçəyə tolazladım,
elə o dəqiqə də buna peşman oldum. Pulun arxasınca baxdım,
görə bilmədim, ancaq həmin anda küçədən keçən tramvayın
üstünə düşəndə, deyəsən, səsini eşitdim. Yaxmanı masanın
üstündən götürüb, küçəyə baxa‐baxa yeməyə başladım.
Səkkizə az qalırdı, artıq iki saat olardı ki, Bonndaydım. Necə
deyərlər, dostlarımla zəngləşmişdim, anamla, atamla
danışmışdım, indi cibimdə gələndə olduğundan bir mark az
pul qalmışdı. Böyük məmnuniyyətlə aşağı düşüb küçədə
birmarklığı axtarardım, ancaq saat artıq doqquzun yarısı
olmuşdu, Leo hər an gələ, yaxud zəng edə bilərdi.
İndi Mariyanın kefi kök olardı, çünki Romada öz sevimli
kilsəsinin ağuşunda idi, yəqin, Papanın qəbuluna gedəndə
hansı paltarını geyəcəyi barədə düşünürdü. Tsüpfner indi ona
Jaklin Kennedinin şəklini tapmış olardı, ispan mantiyası və