Page 317 - heynrix
P. 317
İ ROMAN

otağında, masanın üstündəki qutuda da dördcə dənə siqaret BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
vardı. Özümə elə miskin, elə iyrənc göründüm ki, təzədən
məşqlərə başlamaq fikrindən daşındım. Dizim bərk şişmişdi, 317
az qala, şalvara sığmırdı. Başımın ağrısı elə güclənmişdi ki,
daha dözə bilmirdim. Elə bil beynimin içini deşirdilər,
qəlbimdən qara qanlar axırdı... Üstəlik də, “cismani tələbat”...
Mariya da Romada... İndi Mariya mənə çox lazım idi... Yumşaq
dərisi, sinəmdə gəzən əlləri... Zommervild demişkən, məndə
“cismani gözəlliyə qarşı böyük həssaslıq, diqqət var”, yan‐
yörəmdə gözəl qadınların olmasını xoşlayıram. Məsələn, elə
qonşum Qrebzel... Ancaq özümdə həmin qadınlara qarşı “bi‐
oloji tələbat” hiss etmirəm, onların çoxu da buna görə
məndən inciyir. Halbuki hansı birinəsə bu məqsədlə
yaxınlaşsam, o dəqiqə polis çağırardı... Ümumiyyətlə, bu “cis‐
mani tələbat” çox mürəkkəb, anlaşılmaz məsələdir. Yəqin ki,
monoqam olmayan kişilər üçün əbədi işgəncə, ancaq mənim
kimi monoqamlar üçün həmişə kimə qarşısa gizli bir
diqqətsizlikdir. Axı qadınların çoxu özünə qarşı nəvaziş hiss
etməyəndə inciyir. Hətta son dərəcə həyalı, mömin olan
Blothert də bəzən məndən inciyirdi. Qəzetlərdə son vaxtlar
“namusa təcavüz”dən bəhs edən çoxlu yazıları da başa
düşürəm. Və təsəvvürümə gətirəndə ki, bütün bunlardan
əlavə, dünyada “ər‐arvadlıq borcu” da var, əməlli‐başlı qorxu‐
ya düşürəm. Belə çıxır ki, dövlət və kilsə qanuni şəkildə
qadının “namusuna təcavüz etməyə şərait yaradır”. Axı zorla
heç kəsi mərhəmətli etmək olmaz! Çalışacağam ki, Papa ilə bu
barədə də danışam. Çox güman ki, ona səhv məlumatlar
verirlər.

Özümə yaxmac düzəldib dəhlizə tərəf getdim, paltomun
cibindəki axşam qəzetini götürdüm. Onu Kölndən gələndə
qatarda almışdım. Bəzən axşam qəzetləri mənə çox kömək
edir. Məsələn, məni elə bir heçliyə aparır ki, sanki televizorun
qabağında oturub ona baxıram... Qəzeti vərəqləyib, başlıqlara
baxdım. Qəflətən gözümə bir yazı sataşdı, güldüm: doktor
Herbert Kalikə “Əməyə görə xaç ordeni” verilmişdi. Bu, həmin
   312   313   314   315   316   317   318   319   320   321   322