Page 320 - heynrix
P. 320
HAYNRİX BÖLL
onun ari nəslindən olduğunu sübut edən nəsə bir sənəd
almaq mümkün deyildi. Bundan əlavə, o kəndi indi yəhudi
yankiləri tutmuşdu. Həmin günlər Buxel və Qöts üçün təhlü‐
kəli, təhqirlərlə dolu günlər idi. Axırda Qötsün müəlliminin
ağlına belə bir fikir gəldi ki, onlar arayış üçün Bonn Univer‐
sitetindəki irqi məsələlərlə məşğul olan ekspertə müraciət
etsinlər. Həmin ekspert də müəyyənləşdirdi ki, Qöts xalis,
ancaq tamam qərbqanlı aridir. Onda Herbert Kalik təzə bir
bəhanə tapdı ki, italyanların hamısı satqındır və yazıq Qötsün
müharibənin sonunadək bircə xoş günü olmadı. Yəhudi
yankiləri haqqında “mühazirə” oxumaq istəyəndə bütün bun‐
lar yadıma düşdü və qəflətən Herbertin üzünə bir şapalaq
çəkdim, əvvəlcə şampan bakalını, dalınca da mətbəx bıçağını
peçə atdım, Mariyanın əlindən tutub ardımca çəkdim və biz
çölə çıxdıq. Oralarda taksi tapa bilmədiyimiz üçün avtobus
dayanacağına qədər piyada getdik. Mariya elə hey ağlayır,
deyirdi ki, mən xristiana, insana yaraşan hərəkət eləmədim.
320 Cavab verdim ki, xristian deyiləm, heç bir tövbəyə də hazır‐
laşmıram. Soruşdu ki, mən niyə Herbertin dəyişib demokrat
olmasına şübhə edirəm.
– Yox, yox, – dedim, – şübhə etmirəm. Əksinədir... Sadə‐
cə olaraq, ondan xoşum gəlmir, heç vaxt da gəlməyəcək.
Telefon kitabçasını açıb Kalikin nömrəsini axtardım.
Onunla telefonda danışmaq üçün əməlli‐başlı hazır idim.
Yadıma düşdü ki, ona evimizdəki “jour fixe”də1 rast gəlmiş‐
dim. Bir yəhudi ruhanisi ilə “yəhudi ruhu”ndan söhbət
edərkən başını tərpədə‐tərpədə, yalvarıcı nəzərlərlə mənə
baxırdı. Yəhudi ravvinə yazığım gəldi. Yaşlı, ağsaqqal, xeyirxah
bir ravvin idi və sadəqəlbli olması məni bir az sakitləşdirdi.
Əlbəttə, Herbert hər yeni tanış olduğu adama deyirdi ki,
əvvəllər nasist, antisemit olub, ancaq sonralar tarix onun
gözlərini açıb. Halbuki amerikanlar Bonna girməmişdən bir
gün əvvəl bizim bağda gənclərlə məşq edir və onlara deyirdi:
1 Jour fixe – ziyafət (fr.)