Page 324 - heynrix
P. 324
HAYNRİX BÖLL
Kalik də “siyasi həyasız” idi, harada çıxış etsə, deyirdilər ki,
həyasızdır.
Bu “jour fixe”yə gedəcəyimi fikirləşəndə sevinirdim.
Nəhayət, valideynlərimin puluna alınmış şeylərdən mənə də
pay düşəcəkdi: zeytun, duzlanmış badam ləpəsi, siqaret. O
siqaretlərdən bağlama‐bağlama götürəcəyəm, sonra da ucuz
qiymətə satacağam. Kalikin sinəsindəki ordeni dartıb
qoparacağam, ona bir şapalaq da ilişdirəcəyəm. Hətta anamda
da insani keyfiyyətlər ondakından çox idi. Kalikə axırıncı dəfə
valideynlərimgilin asılqanında rast gələndə kədərlə üzümə
baxıb demişdi: “Hər kəsə bir dəfə bağışlanmaq imkanı verilir.
Xristianlar da bunu “mərhəmət” adlandırır”. Ona cavab
vermədim. Axı mən xristian deyildim. Yadıma düşdü ki, o vaxt
“qəddarlığın erotikliyi”ndən, “seksualizmin makiavelliçili‐
yi”ndən danışdı. Kalikin “seksual makiavellizm”i yadıma
düşəndə onun əlaqədə olduğu fahişələrə yazığım gəlirdi;
bədbəxtlər rəsmi kəbin yolu ilə kiminləsə bir yatağa girməyə
324 məcbur edilən qadınlar kimi idi. Onda pul xatirinə Kalik
kimiləri və rəsmi kəbin xatirinə öz ərləri ilə pulsuz bu işi
görməli olan saysız‐hesabsız gənc qızların taleyinə acıyırdım.
Axı onlar bu işi çox həvəssiz görürdülər...
XVIII
Kalikin nömrəsi əvəzinə, Leonun qaldığı “müəssisə”nin
nömrəsini yığdım. Axı nə vaxtsa yeyib qurtarmalı, şəhvətlərini
söndürməli olan salatları həzmrabedən keçirməli idilər.
Bayaqkı səsi eşidəndə sevindim. O, indi siqaret çəkirdi,
ona görə də kələm qoxusu az hiss olunurdu.
– Danışan Şnirdir, – dedim, – yadınıza düşür?
– Bəs necə! – güldü. – Ümid edirəm ki, mənim dedik‐
lərimi hərfi mənada başa düşüb öz Avqustininizi yandır‐
mayıbsınız.
– Əksinə, – dedim, – yandırmışam. Onu cırıb, qalaq‐qa‐
laq sobaya basmışam.
Bir anlığa susdu, sonra xırıltılı səslə dilləndi: