Page 326 - heynrix
P. 326
HAYNRİX BÖLL

– Səhv fikirdir. Mənasız söhbətdir. Heç onun arxitekturası
da, deyilən kimi, pis deyil. On doqquzuncu əsrə nifrət
etməzdən əvvəl XX əsrin sonunu gözləyin. İnciməsəniz, mən
də öz çərəz payımı yeyərdim.

– Gavalıdır?
– Xeyr, – deyib astadan güldü. – Mən onların qəzəbinə
tuş gəlmişəm, ağaların xörəyindən yox, nökərlərin yemə‐
yindən veriblər. Bu gün çərəz kimi üstünə şəkər tozu səpilmiş
pudinq veriblər. Yeri gəlmişkən, – deyəsən, pudinqdən bir
qaşıq ağzına almışdı və onu tez udub kikkildəyə‐kikkildəyə
danışmağa başladı, – hə, yeri gəlmişkən, mən də onlardan öz
qisasımı alıram. Zəng vurub Münhendəki keçmiş ruhani
qardaşlığımla saatlarla söhbət edirəm, o da Şelerin tələbəsi
olub. Bəzən də Hamburqa zəng edib hansı kinoların getdiyini,
Berlinə zəng vurub havanın necə olacağını soruşuram. Bax
beləcə intiqam alıram. Bu təzə avtomat sistemində hara zəng
vurulduğu bilinmir. – O, təzədən yeməyə başladı, kikkildədi,
326 sonra pıçıldadı. – Axı kilsənin pulu çoxdur, iyrənc dərəcədə
çoxdur. Lap varlıların cəsədi kimi pul qoxusu verir. Ancaq
kasıbların cəsədinin qoxusu yaxşı olur. Bunu bilirdiniz?
– Xeyr, – dedim və hiss etdim ki, başımın ağrısı kəsib.
“Müəssisə”nin nömrəsini qırmızı dairəyə aldım.
– Siz dindar deyilsiniz, elədirmi? “Yox” deməyin.
Səsinizdən bilirəm ki, dindar deyilsiniz. Düz tapmışam?
– Düzdür, – dedim.
– Eybi yoxdur... Heç eybi yoxdur... İsa peyğəmbərdə bir
cümlə var. Hətta Apostol Paul romalılara yazdığı məktubda
onu misal gətirib. Yaxşı‐yaxşı qulaq asın: “Onun haqqında heç
nə eşitməyənlər onu görəcək, onun haqqında heç nə
bilməyənlər onu başa düşəcək”. – O, əsəbi halda kikkildədi. –
Başa düşdünüz?
– Bəli, – deyə yorğun səslə cavab verdim.
O, birdən uca səslə:
– Axşamınız xeyir, cənab direktor, axşamınız xeyir, – deyib
dəstəyi yerinə qoydu. Son anda səsində qəzəb dolu bir
itaətkarlıq hiss olundu.
   321   322   323   324   325   326   327   328   329   330   331