Page 330 - heynrix
P. 330
HAYNRİX BÖLL

– Danışan Hansdır, – dedim, – istəyirdim...
Ancaq həmin anda sözümü kəsib dedi:
– Ah, sizsiniz...
Düzdür, bu səsdən heç bir inciklik, heç bir narazılıq duyul‐
madı, ancaq aydınca hiss olundu ki, mənim yox, başqasının
zəngini gözləyirmiş. Bəlkə də, rəfiqəsinin, ya anasının... Mən
isə incidim.
– Eləcə, təşəkkür eləmək istəyirdim, – dedim. – Siz yaxşı
qızsınız.
Ətir iyi məni vurdu. Özü deyirdi ki, “Tayqa”dır, mən isə
bircə onu deyə bilərdim ki, belə qız üçün çox tünddür.
– Çox təəssüf edirəm, – dedi, – yəqin, kefiniz pozulmuş
olar.
Bilmədim, nəyi nəzərdə tutur: Kostertin, bəlkə də, bütün
Bonnun oxumuş olduğu tənqidi, yoxsa Mariyanın toyunu. Ya
da hər ikisini...
– Sizin üçün nəsə eləyə bilərəm? – astadan soruşdu.
330 – Eləyə bilərsiniz, – dedim, – durub gələ bilərsiniz, mənim
bu yaralanmış qəlbimə, şişib dağa dönmüş dizimə məlhəm
qoya bilərsiniz.
Susdu. Elə bilirdim, “indi gəlirəm” deyəcək və onun,
doğrudan da, gələcəyini fikirləşəndə tutuldum. Ancaq bircə
bunu dedi:
– Bu gün yox... Qonaq gözləyirəm.
Gərək, heç olmasa, kimi gözlədiyini deyəydi. Ən azı,
deyəydi ki, rəfiqəsini, dostunu gözləyir. Qonaq sözündən
iyrənirdim.
– Yaxşı, onda sabah gələrsiniz. Çox güman ki, ən azı, bir
həftə yatası olacağam.
– Sizin üçün başqa nə eləyə bilərəm? Deməyim odur ki,
bəlkə, telefon vasitəsi ilə...
Səs sanki mənə deyirdi ki, gözlədiyi adam rəfiqəsidir.
– Bəli, – dedim, – mənim üçün Şopenin mazurkasını1 çal:
major B‐Dur Opus 7...

1 Mazurka – polyak xalq rəqsi
   325   326   327   328   329   330   331   332   333   334   335