Page 329 - heynrix
P. 329
İ ROMAN

Dedi ki, mən həmişə onun atasının təsiri altında ol‐ BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ
muşam, ona görə də it ASDP plakatlarını “batırmış” olsaydı da,
həqiqəti təhrif edərək XDİ‐nin plakatını “batırdı” deyəcəyəm. 329

Ancaq, əslində, onun atası ASDP‐yə XDİ‐dən çox nifrət
edirdi, mən də necə vardısa, eləcə görmüşdüm.

Haynrixi evinə gətirəndə saat beşə az qalırdı və biz Eren‐
feldlə gedəndə o, evlərin qapılarını göstərə‐göstərə yavaş‐
cadan deyirdi: “Burada mənim “quzularım” yaşayır. Bax,
burada mənim “quzularım” qalır”. Onun deyingən qulluqçusu
qeyzlə dedi: “Bu nə deməkdir?”

Evə qayıdıb, hamamda soyuq su ilə mələfəni gizlincə yu‐
dum.

Erenfeld... Kömürlə dolu vaqonlar. Paltar asılmış zivələr.
Çimməyə yasaq qoyulması... Hərdən pəncərəmizin önündən
vıyıltı ilə keçən zibil torbaları elə bil açılmamış top güllələri
idi... Yerə düşəndə boğuq bir guppultu eşidilirdi, içindəki yu‐
murta qabığı harasa diyirlənəndə çıqqıltı eşidilirdi. Bizə görə
Haynrix keşişlə üz‐göz oldu, çünki kilsənin xeyriyyə fondundan
pul götürmək istəyirdi. Yenə Edqar Vinekenin yanına gedəsi
oldum, sonra Leo girov qoymaq üçün özünün qol saatını
göndərdi, Edqar sosial sığorta fondundan bizə bir az pul
qopardı, heç olmasa, dərmanların, taksinin, həkim pulunun
da yarısını verə bildik.

Mən Mariyanı, təsbeh çəkən rahibəni, “kəsişmə” sözünü,
iti, seçki plakatlarını, maşın qəbiristanlığını, mələfəni yuyan‐
dan sonra buza dönmüş əllərimi xatırladım. Ancaq bunların
heç biri haqqında and içə bilməzdim. Mən heç ona da and içə
bilməzdim ki, Leonun “müəssisə”sindəki kişi kilsəyə maddi
ziyan vurmaq üçün Berlinin hava bürosuna zəng etdiyini deyib.
Axı mən onun, üstünə şəkər tozu səpilmiş pudinqi necə
marçıltı ilə yediyini öz qulaqlarımla eşitmişdim...

XIX
Çox fikirləşmədən və nə edəcəyimi bilmədən Monika Zil‐
vesin nömrəsini yığdım. Elə birinci zəngdə dəstəyi götürüb:
“Bəli”, dedi. Onun səsini eşidən kimi əhvalım duruldu. Moni‐
kanın səsi cingiltilidir, ağıllıdır.
   324   325   326   327   328   329   330   331   332   333   334